AY₁

is.
1. Yer kürəsinin peyki olub, onunla birlikdə Günəşin ətrafında fırlanan və gecələr inikas edən Günəş işığı ilə işıqlanan göy cismi. Ay işığı. Ayın batması. – ..Ay buludlar arasından siyrilib çıxdı. M.Hüseyn. // məc. Gözəlin camalına təşbih (bəzən ay üz, ay parçası, on dörd gecəlik ay və s. tərkiblərdə işlənir). Ay üzünü görmək istər sevdiyim; Söylə görüm bəs yaşınmaq nədəndir? Qurbani. Heyran görüncə ay camalın; Oldu genə eşqdə fəsanə. Heyran xanım. _ Ay doğmaq – ay çıxmaq. Əzizim, aydın olsun; Ay doğsun, aydın olsun; İki həsrət qovuşdu; Gözlərin aydın olsun. (Bayatı). [Faytonçu:] İnşallah, gecə yarısı, ay doğanda yola düşərik. Ə.Haqverdiyev. Ay görünmək – hər ayın əvvəlində hilalın (ayparanın) ilk dəfə görünməsi. Ay qalxmaq (qəlbilənmək) – ucalmaq, yüksəlmək, üfüqdən uzaqlaşmaq (Ay). Ay qaranlığı – aysız gecə, Ay işığı olmayan gecə, qaranlıq gecə. Ay qaranlıqlamaq – axşamdan görünməyib gecədən bir qədər keçəndən sonra, ya səhərə yaxın görünmək (Ay). Ay parçası – 1) hilal, aypara; 2) məc. gözəlin epitetlərindən biri. Ay tutulmaq astr. – Yer kürəsinin Günəş ilə Ay arasına girməsi nəticəsində Ayın müvəqqəti olaraq qismən və ya tamamilə görünməməsi. Bəzən şəhərə belə bir səs düşərdi ki, gün və ya ay tutulmuşdur. H.Sarabski. Boz ay – qışın axırıncı ayı, mart ayı. Artıq Qarabağ düzənliyinin boz ayı başlamışdı. S.Rəhimov. Elqovan ay – yayın axırıncı ayı, yaylaqdan qayıtma vaxtı.
2. İlin bölündüyü on iki hissədən hər biri. Yaz ayları. Bir ay bundam əvvəl. İlimiz on iki aydır. – Zakira, səbr elə ki, vəslə deyən afətdən; Ay ötər, il dolanar, vaxt olu, hicranə dəyər. Q.Zakir. [Ayrım qızı] Kərim babanı qızışdırmaq fikri ilə deyirdi: – Bu yaramazı görürsünüzmü? Aylarca (z.) üzünü görməzdim. A.Şaiq. Gün keçir, ay ötür, il yaman gedir. M.Rahim. _ Aydaildə – hərdən, hərdənbir, gec-gec, nüdrətən. Ayda-ildə bir namaz, onu da şeytan qoymaz. (Ata. sözü). Araz başdan lil gələr; Dəstə-dəstə gül gələr; Neylərəm belə yarı; Ayda-ildə bir gələr. (Bayatı).

Həmin söz digər lüğətlərdə:

Azərbaycanca-rusca lüğət (qısa)

AY 1. луна; 2. месяц (календарный); 3. межд. эй! ой! о! ətraflı

Azərbaycanca-rusca lüğət

AY 1 I межд. 1. эй (возглас, которым окликают, подзывают кого-л. ətraflı

Azərbaycan dilinin omonimlər lüğəti

AY AY I is. astr. Planet, göy cisimlərindən biri. ətraflı

Azərbaycan dilinin sinonimlər lüğəti

AY AY (göy cismi, planet) Yırtaraq Ay gecənin örtüyünü; Məhv qılmışdı o zülmət yuxunu (M. ətraflı

Azərbaycanca-ingiliscə lüğət

AY I. i. (fəza cismi) the moon; bədirlənmiş (on dörd gecəlik) ~ full moon; f. ətraflı

Azərbaycan dilinin etimologiya lüğəti

AY Bu planetin mənbələrdə başqa bir adı da var: yalçuq. Ay “fırlanma”, yalçuq isə “işıq” anlamı ilə bağ ətraflı

Author: Obastan; Publisher: Obastan