KUBİZM

[ rus. əsli yun. ] XX əsrin birinci rübündə burjua təsviri incəsənətində real aləmdəki şeylərin təsvirini həndəsi fiqurların kombinasiyası ilə əvəz edən ifrat formalist cərəyan.
KUBİK
KUBMÉTR
OBASTAN VİKİ
Kubizm
Kubizm (fr. Cubisme) — XX əsrin əvvəllərində təsviri incəsənətdə, xüsusilə də rəssamlıqla yaranmış modernist cərəyan. XX əsrin əvvəllərindən Fransada real obyektləri həndəsi fiqurlar kimi təsvir etməsi ilə xarakterizə edilir. == Tarixi == Kubizm cərəyanı XX əsrin əvvəllərində meydana çıxmışdır. Kubizm termini Birinci Dünya Müharibəsindən əvvəlki illərdə Parisdə təkmilləşən bir cərayanı göstərmək üçün istifadə olunmuşdur. O dövrdə Avropada formalaşmaqda olan çağdaş incəsənətdə işığın keçici təsirlərini təsvir edən impressionizmin nümayəndələrindən məmnun olmayan gənc rəssamlar nəsli yetişirdi. Onlar əsasən Anri Matissin ətrafında toplanan çox rəngli rəsmlər çəkən rəssamların da üslubunu bəyənmirdilər. İmpressionizmə hakim olan görmə hissiyatı əvəzinə, kubizm cərəyanının nümayəndələri ağlın üstünlüyünə əsaslanaraq ağlın gücünü ortaya qoymaq istəyirdilər. Onlar rəsm əsərlərini tutarlı bünövrəyə əsaslandırmaq istəyirdilər və bu baxımdan onlar Pol Sezannın layiqli davamçıları idilər. Kubizm cərəyanından olan rəssamlar Pol Sezannın Provans mənzərələri əsərindən, naturmortlarından təsirlənərək kubizmin əsasını qoymuşdular.

Digər lüğətlərdə

безъя́дерный бу́квочка гидроэлектроста́нция заму́чивать лита́вра обма́лывание писсуа́рный портомо́йня послу́живать поуча́юще территориа́льность ура́ртский чабанова́ть валмы злак чом butt weld garbage collector mithridatism recondite taboo theses капсюль переохлаждаться снять