AYBAŞI

is.
1. Həddi-büluğa çatmış qızlarda, həmçinin qadınlarda vaxtaşırı (hər ay) uşaqlıqdan qan ifrazı; adət, heyz. Aybaşı orta beyindəki cinsiyyət mərkəzləri ilə tənzim olunur.
2. Ürəkkeçmə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • AYBAŞI AYBAŞI (həddi-büluğa çatmamış qızlarda, həmçinin qadınlarda hər ay müəyyən vaxtlarda uşaqlıqdan qan ifrazı); HEYZ Heyz, ər ilə arvadın əlaqəsi, doğmaq
AYBAAY
AYBƏNİZ
OBASTAN VİKİ
Aybaşı
Menstruasiya və ya Aybaşı (lat. mensis — ay, menstruus — hər ay) qadınlarda uşaqlığın periodik təkrarlanan fizioloji bir vərdişidir. Tibbdə ilk baş vermiş aybaşı menarxe, sonuncu aybaşı isə menopauza adlanır. Bunlar qadının döllülük qabiliyyətini başlanmasını və sona yetməsini bildirir. Aybaşının bir sıra sinonimləri vardır: period, mensturasiya, menorrhö (yun. μήν ay , yun. ῥέω axıram). Aybaşı zamanı uşaqlığın selikli qişası yaxud funksional qatı endometriyanın ayrılması baş verir ki, bu da qanaxma ilə müşahidə olunur. Bu zaman itirilən qanın miqdarı normada 50-100 ml-dir. Aybaşı ifrazatı tərkibi qan, uşaqlıq vəzilərinin sekretindən, hissəvi olaraq endometriumdan və uşaqlıq yolu epitelindən ibarətdir.
Ağrılı aybaşı
Ağrılı aybaşılar olaraq da bilinən Dismenoreya menstruasiya (aybaşı) zamanı ortaya çıxan simptomları ifadə edir. Birincili və ikincili dismenoreya ayırd edilir. Aybaşı ağrıları ginekoloji diaqnostika üçün böyük önəm kəsb edir. == Simptomlar == === Birincili dismenoreya === Birincili dismenoreya adətən menarxedən (ilk menstruasiyadan) sonra başlayır və bəzən menopauzaya qədər davam edir. Menstural ağrı bədənin öz ağrı xəbərçiləri olan və uterusun (uşaqlığın) selikli qişasının rəddedilməsi zamanı uşaqlıq əzələlərinin yığılmasına səbəb olan prostaqlandinlər tərəfindən əmələ gəlir. Bu əzələ spazmı uşaqlığın zəif qan təchizatına səbəb olur, bu da ağrını əmələ gətirir. Emosional narahatlıq və stress simptomları ağırlaşdıra bilər. Birincili dismenoreyada menstruasiyanın özü ağrının səbəbidir. Xüsusilə çox arıq qadınlar menstruasiya dövrünün özəlliklə ilk bir neçə ilində qasıqüstü nahiyədə ağrı, baş ağrısı və halsızlıqdan əziyyət çəkirlər. Ağrı ürəkbulanması, şişkinlik hissi, qusma və ishalla da müşayiət oluna bilər.

Digər lüğətlərdə

безостано́вочный вы́сушенный де́вка младе́нческий разве́ивать сострада́лец упрощённость ше́стик шпи́ндель затова́риться навя́зка пото́м пу́сто-пу́сто хрип Витебск bailiff drop-zone glycogen nithing Perseids purl Rangoon walk around лягушечий обособлять