ADAXLIBAZLIQ

is. dan.
1. Köhnə məişətdə: oğlanın gizli olaraq adaxlısı ilə görüşməsi.
Padşahın oğlu bir-iki dəfə adaxlıbazlığa gəldisə, qız elə dediyini dedi: – Əlimə su tökməsən, on il də yaşasan, səmtsorağıma qoymaram. (Nağıl).
[Məşədi İbad:] Mən istədim ki, adaxlıbazlığa gecə gəlim, halbuki gündüz də bu hasardan aşmaq çətindir. Ü.Hacıbəyov.
Azərbaycanda evlənmək adətlərində belə bir dəb var idi ki, adaxlı oğlan axşamlar qızı görmək üçün adaxlıbazlığa gedərdi. H.Sarabski.

2. Qadınlarla xəlvəti görüşmə; müaşiqə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • ADAXLIBAZLIQ adaxlıbazlıq bax nişanlıbazlıq
ADAXLI
ADAXLILIQ

Digər lüğətlərdə

зажива́ть по-воробьи́ному подплести́ прожа́ться субмари́на сукова́тость сфи́нксовый упраздня́ться эви́кция же́ртвование около́точный ошеломля́ть шпионома́н э́ллин я́ркий лема Стугна Checheno-Ingushetia impudent mousy Piman trusty будильник мелководье напоказ