Azərbaycan dilinin izahlı lüğəti

QABAQCADAN

zərf Qabaqdan, əvvəldən, irəlicədən. Qabaqcadan şərtləşmək. Qabaqcadan xəbər vermək. – Mən bir az tez gəldim ki, qabaqcadan sizi görüm. C.Cabbarlı. “Molla Nəsrəddin”in bu nömrəsindən Hacı Axund qabaqcadan xəbər tutmuşdu. Mir Cəlal. Cavadın qabaqcadan göndərdiyi kəşfiyyat dəstəsi bu top hazırlığının gurultusu altında düşmən cərgələrinə yaxınlaşmışdı. Ə.Vəliyev.

Həmin söz digər lüğətlərdə: