Azərbaycan dilinin izahlı lüğəti

QABAQCIL

sif.
1. Ən şüurlu, ən gözüaçıq, ən təşəbbüslü; işdə, mübarizədə hamıdan irəlidə gedən, ən fəal. Cəmiyyətin ən qabaqcıl adamları. – [“Dəbistan”] ilk məktəbli jurnalının bağlanması qabaqcıl elm, maarif xadimlərini, vətənpərvər ədib və şairləri kədərləndirmiş, bir çox ədəbi-bədii əsərin başlıca obyektinə çevrilmişdir. “Hophopnamə”. // İs. mənasında. Neft sənayesi qabaqcılları. Kənd təsərrüfatı qabaqcılları. İstehsalat qabaqcıllarının müşavirəsi.
2. Öz inkişafına görə o birilərindən daha yüksək səviyyədə olan, ən mütərəqqi, ən irəlidə gedən. Qabaqcıl elm. Qabaqcıl nəzəriyyə. – Qabaqcıl ziyalılarda bir ruh yüksəkliyi, coşqunluq, ümid hiss edilirdi. A.Şaiq. Həsənbəy Zərdabi dövrünün qabaqcıl adamı və Azərbaycan torpağının atəşin vətənpərvəri idi. M.İbrahimov.

Həmin söz digər lüğətlərdə: