AZADƏ

b a x azad1 1-ci mənada. Aşiq azadə gərəkdir ki, dönər zindanə; Bərgigüldən ola gər bülbüli-şeydayə qəfəs. S.Ə.Şirvani. Sona xala ah çəkərək dedi: – Kaş oğlum Bəşir sağ olaydı, bu azadə qa- dınları görəydi. S.S.Axundov. // İs. mənasında. Azad adam. Mahiyyətini həqir sanma; Azadələri əsir sanma! M.Ə.Sabir. // Zərf mənasında. İstərdim o da mən kimi bir hörmətə çatsın; Azadə dolansın. M.Ə.Sabir. Az müddətdə bu qızı ağıl-kamalının səbəbinə müəllimləri nəhayətdə sevirdilər; 15 yaşında firəng və rus dilində azadə danışırdı. N.Nərimanov. Tovuz kimi azadə gəzirsən bu çəməndə. Ə.Vahid.

Həmin söz digər lüğətlərdə:

Azərbaycanca-rusca lüğət (qısa)

AZADƏ 1. свободный, вольный; 2. свободно, вольно; ətraflı

Azərbaycan kişi adlarının izahlı lüğəti

AZADƏ sərbəst, ixtiyarı özündə olan, asudə. ətraflı

Azərbaycanca-rusca lüğət

AZADƏ прил. 1. свободный от забот 2. вольный ətraflı

Azərbaycanca-ingiliscə lüğət

AZADƏ I. s. free; ~ ölkə free country; ~ xalq free people II. z. ətraflı

Klassik Azərbaycan ədəbiyyatında işlənən ərəb və fars sözləri lüğəti

AZADƏ AZAD(Ə) f. 1) başqasından asılı olmayan, sərbəst; 2) rahat, əziyyətsiz. ətraflı

Azərbaycan dilinin etimologiya lüğəti

AZADƏ Farscadır, “sərbəst” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti) ətraflı

Author: Obastan; Publisher: Obastan