AZAD(İ)XAH

sif. [fars.] köhn. Azadlıq istəyən, azadlıq yolunda mübarizə edən; hürriyyətçi. Mirzə Yusif xan keçən məktubunda müxtəsər olaraq yazmışdı ki, azadixah şahzadə Cəlaləddin Mirzə hal-hazırda xəstədir. M.F.Axundzadə. Şücaüddövlə məlunun əsrində Təbrizdə rus hökuməti [Siqəti-İslamı] qeyri bir neçə azadixah mücahidlər ilə bir yerdə dar ağacından asdırıb edam etdirdi. C.Məmmədquluzadə. Belə bir vəziyyətdə ölkənin azadixah və demokratik düşüncəli adamları oturub gözləyə bilməzdi. M.İbrahimov.