Azərbaycan dilinin izahlı lüğətində BAB sözün mənası. Толковый словарь азербайджанского языка.

is. [ər.] köhn.
1. Bir kitab mətninin bölündüyü hissələrindən hər biri (çox vaxt hər bab bir neçə fəslə bölünür). Gülüstanisəri- kuyin kitabın bab-bab, ey gül; Xəttireyhan ilə cədvəl çəkib, gülzarə yazmışlar. Füzuli.
2. tənt. Qapı, girəcək; böyük qapı. Məktəb nə demək? Ümmətə bir babi-səadət. M.Hadi.
3. Yerlik halında: ...babda (...babında) köhn. – ...barədə, ...xüsusunda, ...cəhətdən. Gəl Nəbatinin sidqi-kizbini; Sən bu babdə eylə imtahan. Nəbati. Vəzir, indi görərsən ki, sənin xanın da bu babda xüləfalardan və Sultan Mahmud Qəznəvidən əskik deyil. M.F.Axundzadə.
← BA

nida. 1. Heyrət və təəccüb bildirir, yaxud birdən bir şey yada düşdükdə deyilir.

BAB₂ →

is. [fars.] Tay, cur, bərabər. Məxmərin abı gərək; Yar yarın babı gərək.