BABA

is.
1. Atanın, ya ananın atası; nəvəsi olan kişi.
2. Bəzi yerlərdə ataya deyilir.
3. Yaşlı və hörmətli kişi, yaxud yaşlı kişiyə hörmətlə müraciət. Durub cütçü baba öpdü alnımdan; Bildim ki, mehriban olurmuş insan. S.Vurğun. // Çox qoca kişi mənasında.
4. Bəzən xitab yerində işlənir. Baba, məndən nə istəyirsən? – Uşaq mənimdir, baba! Dəxli nədir sizlərə? M.Ə.Sabir.
5. Sadə, adi, fağır mənasında (adətən təvazö üçün peşə, sənət bildirən sözlərə qoşulur). [Yusif Sərrac:] Mən bir fağır sərrac babayam. Mən hara, taxtü tac hara?! M.F.Axundzadə. Cütçü babasan, buğdanı ver, darı yeyərsən; Su olmasa, qışda əridib qarı yeyərsən. M.Ə.Sabir. [Mirzə:] Mən yoxsul bir müəllim babayam. Ə.Haqverdiyev.
6. Yalnız cəm şəklində: babalar – əcdad. [Alan padşahlarının] babalarından biri Abbasilər xilafətinin birinci əsrində Nəsara (xristian) dinini qəbul etdi. A.Bakıxanov. Seyrə vardıqda o heçlikləri mən; Deyirəm: torpağa dönmüş babalar.. S.Vurğun. _Ulu baba – nəslin banisi, ilk ağsaqqalı.

Həmin söz digər lüğətlərdə:

Azərbaycanca-rusca lüğət (qısa)

BABA 1. дед, дедушка; 2. простой, заурядный, скромный; ətraflı

Azərbaycan kişi adlarının izahlı lüğəti

BABA ata və ya ananın atasının onların uşaqlarına olan qohumluq münasibəti (Sovet dövrünə qədər Azərbaycanda "ata" mənasında işlənmiş, müasir Türkiyədə də eyni anlayışda işlənir). ətraflı

Azərbaycan dilinin dialektoloji lüğəti

BABA (Başkeçid, Təbriz, Füzuli) ata. – Babam maηa kitaf alıf (Başkeçid); – Get gör, baban gəldimi öyə? (Füzuli) ətraflı

Azərbaycanca-rusca lüğət

BABA сущ. 1. дед, дедушка: 1) отец отца или матери. Ana baba дед по матери, ata baba дед по отцу 2) обращение к старику 2. ətraflı

Author: Obastan; Publisher: Obastan