1. Keçmiş zamanlarda bir yerdən başqa bir yerə aparılan mal və sairədən alınan rüsum, vergi.
Koroğlu karvanın qabağını kəsdi, bac verməklərini söylədi. “ ”.
// Ümumiyyətlə, vergi.
// Məc. mənada.
klas. Ta ki ol ahu gözün mülki-Xütəndən bac alır.
Səbzə gülə verdi müşk bacın; Gül səbzəyə mülkünün xəracın.
2. tar. Qalibin məğlubdan aldığı təzminat, vergi.
Gəl sənə söyləyim, bazirganbaşı; Gəlmişəm səndən bac alam, gedəm. “ ”.
3. məc. İntiqam, qisas, əvəz çıxma. [Tərlan xanım:] Zəmanəyə bax! İşə bir bax.
Gör kim kimdən bac alır!