QİBTƏ₁

is. [ ər. ] Başqasının üstünlüyünü, müvəffəqiyyətini, xoşbəxtliyini və başqa yaxşı cəhətlərini görüb, bunların özündə də olmasını arzulama, bunların həsrətini çəkmə.
Cəmil Tahiri tanıdı və onun məharətinə qibtə ilə baxıb, xəfifcə bir tərzdə gülümsədi. M.Hüseyn.
[Şagirdlərdən] bir çoxu hörmət, bəzisi də qibtə hissi ilə Mehmanın vəsiqəsinə baxmaq istəyirdi. S.Rəhimov.
Nərgiz xanımın kitabxanası isə həkimlər aləmində qibtə doğuran çox zəngin kitabxana idi. Ə.Məmmədxanlı.

□ Qibtə etmək – başqasının üstünlüyünü, müvəffəqiyyətini, xoşbəxtliyini və başqa yaxşı cəhətlərini görüb, bunların özündə də olmasını arzu etmək, həsrətini çəkmək.
Əhməd Əşrəf kimi yoldaşlarına qibtə edərək: “Bəxtiyar adamlar!” deyirdi. A.Şaiq.
Müdərrislərimiz ondakı məharətə qibtə edirdilər. İ.Əfəndiyev.
Qibtə edəsiniz də mənə, şübhəsiz, siz məndən min dəfə bəxtəvərsiniz. O.Sarıvəlli.

// Bəzən paxıllıq mənasında da işlənir.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QİBTƏ qibtə bax paxıllıq
  • QİBTƏ paxıllıq
QİBTƏ₂
QİBTƏKEŞ

Digər lüğətlərdə

до ночи драматизи́ровать ду́пель кафе́шка льново́дка супермоде́ль горбу́нья марино́вка на просве́т обсира́ть парасимпати́ческий сизи́фова работа смердя́щий технотро́нно квитанция downcountry hyperoxide resurge telekineses upholder бессмертие двухместный заграничный неприличный обнаружить