QOÇAQ

sif. İgid, şücaətli, rəşadətli, qorxmaz; mərd.
[Heydər bəy:] …Handa bir rəşid və qoçaq adam cürət edib bir yük, iki yük çıxarda bilər. M.F.Axundzadə.
Məgər bu şəhərdə hamıdan qoçaq mən oldum? C.Məmmədquluzadə.

// Zirək, bacarıqlı, dilavər.
[Ahıl qadın:] …Cahan hər işi düzəldir, qoçaq arvaddır. Ə.Haqverdiyev.

// İs. mənasında.
Zülməti-şəbdə qızarır dan yeri; Haydı, qoçaq, haydı igid, qoş, yeri! A.Səhhət.
Vətən oğlu, el qoçağı Bəxtiyar! Sənə ölməz igid desəm, yeri var. R.Rza.

// Nida yerində.
Ay qoçaq! Ay qoçağım! – [Ağa Kərim xan:] Bərəkallah, qoçağım Rəhim, afərin! N.Vəzirov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QOÇAQ qoçaq bax l. igid; 2. zirək, bacarıqlı
  • QOÇAQ zirək — bacarıqlı — dilavər
  • QOÇAQ igid — şücaətli — rəşadətli — qorxmaz — mərd

Antonimlər (əks mənalı sözlər)

  • QOÇAQ QOÇAQ – QORXAQ Məgər bu şəhərdə hamıdan qoçaq mən oldum? (C.Məmmədquluzadə); Mən qorxaq sandığım adamları utandırmaq üçün kartof-soğan soymağa mətbəxə

Etimologiya

  • QOÇAQ Ehtimal olunur ki, qoç, qoçu sözləri ilə qohumdur. “Qoç” sözünün “igid” mə­na­sı da qeydə alınıb. Qoç sözündən qoçamaq feili, ondan isə qoçaq sifəri ə
QOÇ
QOÇAQCASINA
OBASTAN VİKİ
Qoçaq Əsgərov
Əsgərov Qoçaq Məhərrəm oğlu (d. 27 dekabr 1978, Qoçəhmədli, Füzuli rayonu, Azərbaycan SSR, SSRİ) — Azərbaycanlı xanəndə və piano ifaçısı, Azərbaycanın əməkdar artisti (2018). == Həyatı == Qoçaq Əsgərov 1978-ci il dekabrın 27-də Azərbaycan Respublikasının Füzuli rayonunun Qoçəhmədli kəndində anadan olub. Altı yaşında olarkən, o, ilk dəfə doğma Füzuli şəhərinin ictimai səhnəsində ifa etməyə başladı. Balaca oğlan hər yerdə ifa edirdi - evdə və doğma kəndini əhatə edən meşə və dağlarda. Balaca Qoçaq peşəkar müğənni olmaq arzusuna mübtəla olmuşdur; o, valideynlərindən xəbərsiz olaraq musiqi məktəbinə daxil olur, ancaq qəflətən başlanan müharibə və onun ardınca ​​1992-ci ildə Qarabağın ermənilər tərəfindən işğalı, onun musiqi ilə məşğul olmasına maneəçilik törədir. Onun ailəsi, digər yüzlərcə ailələr ilə birlikdə, ölümdən xilas olmaq üçün öz evlərini və mal-qarasını tərk etməyə məcbur edilmişdilər. Bakıya yerləşməzdən öncə, onlar bir neçə il ərzində bir şəhərdən digərinə səyahət edən qaçqınların həyatını yaşamalı oldular. Bütün bu əzablı illərə və çətinliklərə baxmayaraq, o, öz istedadının cəmiyyət tərəfindən qəbul edilməsi üçün sona qədər dözümlü qaldı. 1998-ci ildə Qoçaq Əsgərov Bakı Musiqi Akademiyasının muğam vokal sinifinə qəbul edilmişdir.
Qoçaqan
Qoçaqqazma
Qoçaqqazma — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd.

Digər lüğətlərdə

автома́т браконье́рский еду́нья злове́щий идолопокло́нница изогра́ф ми́ссия неандерта́льский жа́воронков переубежда́ться подкола́чиваться стрекули́ст кинс alphascope Burgundy mixture hereby inobservation safe period антивещество горнолыжник нивелироваться обложка оклад пролог стог