Qran-Cako
Qran-Çako, Böyük Çakо, və ya Çakо (isp. Gran Chaco, keçua Hatun Chaku (chaku — «Ovçuluq torpağı»)) — Zəif məskunlaşmış ərazi olaraq, isti tropik və yarımsəhra iqliminə malik bölgə. İnzibati cəhətdən Boliviya, Paraqvay (şimal-qərb), Argentina və Braziliyanın Matu-Qrasu vilayətinin kiçik bir hissəsini özündə birləşdirir.
Regionun flora və faunası çöl və rütubətli subtropik (Kampos) iqlim qurşağında yerləşir. Əsasən Amazon çökəkliyindən La-Plataya qədər və Salado, Rio-Vermexo, və Pilkomayo çayları hövzəsini əhatə edir. Bölgənin yerli əhalisi köçəri və yarımköçəri olan hindulardır. Hinduların Aymara və Quaranilərdir. Hal-hazırda isə Metislər və Kreollar üstünlük təşkil edir. Bölgədə Avropalı İspanlar, Almanlar və Ruslar kimi xalqların immiqrantları konpakt şəkildə yaşayır. Qran-Çakonun mərkəzi hissəsi Paraqvayın ərazisində yerləşir.