QRANT

“Kran” sözünün danışıq dilində işlənən forması.
İki qrantdan su şırıltı ilə tökülürdü iki hovuza. C.Məmmədquluzadə.
Salmanova qrantın altında əlini yudu. Ə.Əbülhəsən.

QRANLIQ
QRANUL
OBASTAN VİKİ
Qrant
Qrant (ing. grant) — humanitar, sosial və ekoloji layihələri, müharibə və təbii fəlakət nəticəsində ziyan çəkmiş ərazilərdə dağılmış istehsal, sosial təyinatlı obyektlərin və infrastrukturun bərpası üzrə işləri, təhsil, səhiyyə, mədəniyyət, hüquqi məsləhət, informasiya, nəşriyyat və idman sahələrində proqramları, elm, tədqiqat və layihələşdirmə proqramlarını, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən digər proqramları hazırlamaq və həyata keçirmək üçün göstərilən yardımdır. Qrant yalnız konkret məqsədlər üçün verilir. Qrant maliyyə vəsaiti şəklində və ya başqa maddi formada verilir. Qrant təmənnasız verilir, onun əvəzi hər hansı bir şəkildə geri istənilə bilməz. Birbaşa mənfəət əldə etmək üçün istifadə edilən maddi yardım qrant sayılmır. Qrant predmeti olan layihə başa çatdırıldıqdan sonra qrant alanın sərəncamında hər hansı maliyyə vəsaiti və ya başqa maddi vəsait qalarsa, qrant haqqında müqaviləyə və ya qərara əsasən başqa hal nəzərdə tutulmamışdırsa, bu vəsait, qrant alanın mülahizəsinə görə, qrant predmeti ola bilən layihə və proqramların həyata keçirilməsinə sərf edilməlidir. Qrand – 1)dövlət sifarişi ilə yerinə yetirilən elmi-tədqiqat və yeniliklərin maliyyələşdirilməsi üçün subsiyalar; 2)elmi-tədqiqatların, alimlərin, ədəbiyyat və incəsənət xadimlərinin maliyyə dəstəyi üçün xeyriyyəçilik məqsədilə ayrılan pul vəsaitləri; 3)hər hansı fəaliyyət sahəsində yüksək ustalıq və peşəkarlığa nail olan insan (reklam qrandı). Konkret insanlara deyil, firmalara, təşkilatlara aiddir. Bilavasitə siyasi hakimiyyət uğrunda mübarizə məqsədləri, qanunların və digər qanunvericilik aktlarının qəbul etdirilməsi üzrə lobbiçilik fəaliyyəti, siyasi reklam, hər hansı siyasi təşkilatın və ya siyasi xadimin seçki kampaniyasının maliyyələşdirilməsi üçün istifadə edilən maddi yardım qrant sayılmır.
Culiya Qrant
Culiya Qrant (ing. Julia Grant; 26 yanvar 1826, Sent-Luis, Missuri – 14 dekabr 1902, Vaşinqton) - ABŞ-nin Prezidenti Uliss Qrantın həyat yoldaşıdır.
Hyu Qrant
Hyu Qrant (ing. Hugh Grant; 9 sentyabr 1960[…]) — britaniyalı aktyor. Qrant, kino karyerası boyu ömürlük müvəfəqiyyətli karyerasına görə Fəxri Sezar mükafatı, Stenli Kubrik mükafatı və Piter Sellers adına mükafata layiq görülüb. Qrantın rol aldığı filmlər 2 milyarddan artıq gəlir əldə edib. == Karyerası == Qrant, kinoya ilk dəfə diqqətə Moris filmiylə gəlib. Filmdə canlandırdığı obraz ilə Venesiya Film Festivalında mükafata layiq görülüb. Dünyaca məşhurlaşması isə 4 Toy, 1 Dəfn filminin ardından oldu. Filmdəki roluna görə Qızıl Qlobus, BAFTA mükafatlarına layiq görüldü, həmçinin David di Donatello mükafatına namizəd göstərildi. Sonrakı il Hissiyyat və həssaslıq (1995) filmində rol aldı. Ən yaxşı filmə görə Oskar mükafatına namizəd göstərilən film bu mükafata namizəd göstərilən sayca üçüncü Hyu Qrant film idi.
Keri Qrant
Keri Qrant (ing. Cary Grant; əsl adı Arçibald Aleksandr Liç; 18 yanvar 1904, Bristol, Böyük Britaniya — 29 noyabr 1986, Ayova, ABŞ) — ABŞ və Böyük Britaniya aktyoru. == Həyatı == Arçibald Aleksandr Liç (Keri Qrant) 18 yanvar 1904-cü ildə Bristol adlanan ingilis şəhəri yaxınlığında anadan olmuşdur. Buna baxmayaraq, onun bütün fəaliyyəti Hollivudla bağlı olmuşdur. Yeniyetmə vaxtı o, avara akrobat truppasına qəbul olunmuşdur. Tezliklə o, özünəməxsus oyun tərzini təkmilləşdirir. Arçibald 1932-ci ildə ilk dəfə olaraq, Hollivuda gəlir. "Paramount Pictures" kino şirkətinin sahibləri onun üçün məhz burada "Keri Qrant" kimi səslənən səhnə təxəllüsünü fikirləşirlər. Bu, ona potensial rəqib hesab olunan Qeri Kuperin adının dəqiq olmayan anaqramı idi. Şöhrət Keri Qrantı tamamilə təsadüf nəticəsində tapır.
Qrant Avakyan
Qrant Arsenoviç Avakyan (erm. Ավագյան Հրանտ Արսենի, rus. Авакя́н Грант Арсе́нович; 15 oktyabr 1924, Bakı – 28 fevral 2017, Krasnodar) — SSRİ hərbçisi, polkovnik. O, İkinci Dünya müharibəsində iştirak etmişdir. == Həyatı == Qrant Arsenoviç Avakyan 15 oktyabr 1924-cü ildə Azərbaycan SSR-nin paytaxtı Bakı şəhərində bir erməni ailəsində anadan olmuşdur. O, 1941-ci ildən Sovet Ordusunda xidmət etmiş, İkinci Dünya müharibəsində iştirak etmişdir. Avakyan Şimali Qafqaz, 3-cü Ukrayna, 1-ci Belorusiya cəbhələrində döyüşmüşdür. O, Berlinin alınması uğrunda döyüşlərdə iştirak etmişdi. Avakyan 1945-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuşdur. O, 1953-cü ildə Vladimir Lenin adına Hərbi Siyasi Akademiyanı bitirmişdir.
Qrant Qastin
Tomas Qrant Qastin (ing. Thomas Grant Gustin; 14 yanvar 1990, Norfolk, Vircinia, Virciniya) — ABŞ aktyoru, musiqiçisi və rəqqası. Berri Ellen rolu ilə The CW kanalının hit serialı olan olan Fləş serialında, həmin rol ilə Ox serialında (hər ikisi DC Comics-dəki eyni adlı obrazlara əsaslanır), eləcədə Sebastian Simayt rolu ilə Fox-da yayımlanmış olan Qli ilə tanınır. == Həyatı və Karyerası == Qrant, Virciniya ştatının Norfolk şəhərində dünyaya gəlib. O, tibb bacısı olan Tina Haney və kollecdə professor kimi fəaliyyət göstərən Tomas Qustinin oğludur. Orta məktəb illərində öz şəhərindəki İncəsənət üzrə qubernatorlar məktəbi proqramına musiqili teatr üçün qatılır. O həmçinin Hurrah Players Incorporated adlı digər teatr məktəbinə də getmişdir. 2008-ci ildə Qranbi Orta Məktəbindən məzun olduqdan sonra 2 il ərzində Şimali Karolinada yerləşən Elon Universitetinə BFA Musiqi Teatrna fakultəsinə daxil oldu.Qərb Tərəfinin Hekayəsi adlı dirçəliş turu çərçivəsində burada Babi Con rolu üçün məktəbi tərk etdi və 30 sentyabr 2010-cu ildən 23 sentyabr 2011-ci ilə qədər layihədə iştirak etdi.8 noyabr 2011-ci ildə Qli serialında Dalton Varblers Akademiyası adlı qey klubunun üzvü olan Sebastian Simayt rolunu ifa etməyə başladı. O həmçinin serialda rəqqas rolunuda oynayacaqdı lakin həmin hissəni almadı. Buna baxmayaraq Rian Mörfi bunu sonraya saxladı.
Qrant Vud
Qrant Devolson Vud (ing. Grant DeVolson Wood; 13 fevral 1891[…] – 12 fevral 1942[…] və ya 13 fevral 1942, Çikaqo, İllinoys) — ABŞ-lı rəssam. Çəkdiyi rəsmlərdə əsasən Orta Qərbin kəndli və fermerlərinin həyat tərzini təsvir edirdi. Müəllifi olduğu ən məşhur əsər Amerikan qotikası adlanır.
Qrant zebri
Qrant zebri (lat. Equus quagga boehmi) — Düzənlik zebri növünə daxil ola yarımnöv. == Yayılması == Əsasən Serengeti ekoregionu və Masai Mara qoruğunda yayılmışlar. Ölkə baxımından isə Zambiya, Konqo Demokratik Respublikası, Tanzaniya və Keniyanın cənub-qərb hissəsini əhatyə edir. == Xüsusiyyətləri == Bu canlıların uzunluğu 120–140 sm, çəkisi 300 kq ola bilir. Ailələr şəklində yaşayırlar. Hər ailədə 18 fərd ola bilir. Qrupu erkək rəhbər idarə edir. Bu canlıların orta ömür müddəti 20 ildir. Savanna zonasında yaşayırlar.
Riçard Qrant
Riçard Eyterxeysen Grant (ing. Richard Grant Esterhuysen, d. 5 may, 1957, Mbabane) — Amerika və Esvatini aktyoru, rejissoru, prodüseri və ssenari müəllifi. Brem Stokerin Drakulası rollarda məşhurluq qazanıb.
Uliss Qrant
Uliss Simpson Qrant (ing. Ulysses Simpson Grant, ilk adı Hayram Uliss Qrant; 27 aprel 1822[…] – 23 iyul 1885[…]) — Amerika Birləşmiş Ştatlarının 18-ci prezidenti (1869–1877). ABŞ hərbi və siyasi xadimi. Vətəndaş müharibəsi dövründə ABŞ ordusunun komandanlarından biri və 1866–1869-cu illərdə general olmuşdur. 50 dollarlıq əskinasın üzərində təsvir olunmuşdur. == Maraqlı Faktlar == -Uliss Qrant atıyla qaydanı pozduğu üçün 24 dollar cərimə olunmuşdur.
General Qrant (ağac)
General Qrant — Nəhəng sekvoyadendron (Sequoiadendron giganteum) növünə aid olan, General Şerman ağacından sonra dünyada həcminə görə ikinci ən böyük ağacdır. == Tarix == Ağac öz adını 1867-ci ildə general, Vətəndaş müharibəsi qəhrəmanı və ABŞ-nin 18-ci Prezidenti (1869-1877) Uliss Qrantın şərəfinə alır. 28 aprel 1926-cı ildə Prezident Kalvin Kulic onu "millətin Milad ağacı" elan edir. Böyük diametrinə görə, General Qrant bir vaxtlar dünyanın ən böyük ağacı sayılırdı. 1931-ci ildə Nəhəng sekvoyadendronun başqa bir nüsxəsi General Şermanın biraz daha böyük bir həcmdə olduğu aşkarlanır. 29 mart 1956-cı ildə ABŞ Prezidenti Dvayt Eyzenhaver ağacı “Milli Tapınaq” və müharibədə ölənlərin memorialı elan edir. Belə hesab edilir ki, bu ağac bir abidə kimi elan edilmiş yeganə canlı obyektdir. == Hazırkı vəziyyəti == General Qrant hazırda General Şermandan sonra dünyada ikinci ən böyük ağacdır. Əvvəllər ağacın 2000 yaşında olduğu düşünülsə də, indi 1650 yaşında olduğu təxmin edilir. == İstinadlar == == Mənbə == The General Grant Tree "General Grant: Our Nation's Christmas Tree".
Qrant düşərgəsi qətliamı
Qrant düşərgəsi qətliamı (ing. Camp Grant massacre) - 1871-ci ildə Şimali Amerikada yaşayan hindu tayfaları arasında yaşanmış qətliam. Apaçi tayfasının əsas düşmənləri olan Papaqolu tafasının döyüşçüləri 30 aprel 1871-ci ildə gecə yarısı Şimali Arizonada yerləşən Apaçi tayfasının yaşadığı Qrant düşərgəsinə gizli şəkildə daxil olmuşdur. Qətliam nəticəsində 108 qadın, çox sayda uşaq öldürülmüşdür. Öldürülənlərdən səkkizi kişi olmuşdur. Papaqolu döyüşçülər 29 uşağı əsri almış, həmin uşaqlar sonralar Meksikaya aparılaraq satılmışdır. ABŞ dövləti, qətliamı gerçəkləşdirməkdə, günahlanırılan şəxsləri hbəs etsələrdə, soradan sərbəst bıraxılmışdılar. Qətliam nəticəsində 144 nəfər öldürülmüşdür. Papaqolu tayfası Uliss Qrant tərəfindən dəstəklənməsi, həmin dövrdə bütün hindu tayfalarına məlum idi. Burada əsas məqsəd Şimali Amerikada ən döyüşgən tayfa olan Apaçiləri zəiflətmək olmuşdur.
Quru Qrant Sahib
Quru Qrant Sahib - Siqhizm dinin müqəddəs kitabı. 1430 səhifədən ibarət olan Quru Qrant Sahib kitabında dini hökmlərlə yanaşı, müxtəlif rəvayətlərdə yer almışdır. Quru Qrant Sahibin hazırlanmasında beşinci quru Quru Arjanın rolu böyükdür. 1604-cü ildə Quru Qrant Sahibin ilkin versiyası kimi Adi Qrant Quru Arjanın göstərişi ilə hazırlanmışdır.
Robert MakKvin Qrant
Robert MakKvin Qrant (ing. Robert McQueen Grant; 25 noyabr 1917 – 10 iyun 2014) — ABŞ akademik ilahiyyatçısı və professoru. O, Çikaqo Universitetində humanitar elmlər, Əhdi-cədid və erkən xristianlıq üzrə professor olmuşdur. == Həyatı == Qrant Əhdi-cədid alimi Frederik Klifton Qrant və Helen MakKvin Qrantın oğludur. O, 1938-ci ildə Şimal-Qərb Universitetində fərqlənmə ilə bakalavr dərəcəsi qazanmışdır. Qrant 1938–1939-cu illərdə Massaçusets ştatının Kembric şəhərindəki Yepiskop İlahiyyat məktəbində oxumuşdur. O, 1939–1940-cı illərdə Kolumbiya Universitetinə keçid etmiş, 1941-ci ildə Birlik İlahiyyat Seminariyasında ilahiyyat üzrə bakalavr dərəcəsi qazanmışdır. 1942-ci ildə Qrant Yepiskop kilsəsində keşişliyə təyin edilmişdir. O, hər ikisi Harvard İlahiyyat Məktəbindən olmaqla 1942-ci ildə magistr dərəcəsi və 1944-cü ildə fəlsəfə doktoru adını qazanmışdır. Qrant bu müddət ərzində Massaçusets ştatının Cənubi Qrovlend şəhərindəki Müqəddəs Ceyms Yepiskop Kilsəsində də xidmət etmişdir.Qrant 1944-cü ildən 1953-cü ilə qədər Cənub Universitetində İlahiyyat Məktəbində Əhdi-cədid tədqiqatları üzrə təlimatçı və nəticədə professor kimi fəaliyyət göstərmişdir.
Kapitan Qrantın uşaqları
"Kapitan Qrantın uşaqları" (fr. Les Enfants du capitaine Grant) — fransız yazıçısı Jül Vern tərəfindən 1867-1868-ci illərdə yazılmış roman. Bu roman fırtına nəticəsində gəmiləri qəzaya uğramış kapitan Qrant və iki matrosun axtarışından bəhs edir. Əsərdə müəllif dəniz və okeanları, Avstraliya, Yeni Zelandiya və Cənubi Amerikanın zəngin, gözəl və təkrarsız təbiətini təsvir etmişdir. Oxucu romanda maraqlı macəraların, süjet xəttindəki kəskin dönüşlərin şahidi olur. Əsərə incə yumor və nikbin ruh hakimdir. == Məzmun == === Səfərin başlanması === Lord Eduard Qlenarvana məxsus "Dunkan" gəmisi Şotlandiya sularında üzərkən matroslar çəkic balığı tuturlar. Onun qarnını yararkən balığın mədəsindən butulka tapılır. Butulkada hansısa vacib sənədin ola biləcəyini ehtimal edən Qlenarvan və digər göyərtədə olanlar onu ehtiyatla sındırırlar. Həqiqətən də, butulkadan 3 dildə – ingilis, alman və fransız dillərində yazılmış məktub tapılır.
Kapitan Qrantın uşaqları (dəqiqləşdirmə)
Kapitan Qrantın uşaqları (roman)
Kapitan Qrantın uşaqları (film, 1913)
Kapitan Qrantın uşaqları — 1913-cü ildə Fransada çəkilmiş səssiz film.
Kapitan Qrantın uşaqları (film, 1936)
Kapitan Qrantın uşaqları — Jül Vernin eyni adlı romanı əsasında 1936-cı ildə çəkilmiş film.
Kapitan Qrantın uşaqları (roman)
"Kapitan Qrantın uşaqları" (fr. Les Enfants du capitaine Grant) — fransız yazıçısı Jül Vern tərəfindən 1867-1868-ci illərdə yazılmış roman. Bu roman fırtına nəticəsində gəmiləri qəzaya uğramış kapitan Qrant və iki matrosun axtarışından bəhs edir. Əsərdə müəllif dəniz və okeanları, Avstraliya, Yeni Zelandiya və Cənubi Amerikanın zəngin, gözəl və təkrarsız təbiətini təsvir etmişdir. Oxucu romanda maraqlı macəraların, süjet xəttindəki kəskin dönüşlərin şahidi olur. Əsərə incə yumor və nikbin ruh hakimdir. == Məzmun == === Səfərin başlanması === Lord Eduard Qlenarvana məxsus "Dunkan" gəmisi Şotlandiya sularında üzərkən matroslar çəkic balığı tuturlar. Onun qarnını yararkən balığın mədəsindən butulka tapılır. Butulkada hansısa vacib sənədin ola biləcəyini ehtimal edən Qlenarvan və digər göyərtədə olanlar onu ehtiyatla sındırırlar. Həqiqətən də, butulkadan 3 dildə – ingilis, alman və fransız dillərində yazılmış məktub tapılır.

Digər lüğətlərdə

куста́рный обша́ривать отобража́ть саквоя́ж чёрный-пречёрный гендире́ктор канавокопа́тель натка́ть треуго́льный bee bungalow charge cold cash collegian colonelcy devitalize externe frae Messiah planarity Registrar-General solver water bottle альт горсточка