QUCAQ

is.
1. Qolları açdıqda döş ilə qollar arasında əmələ gələn boşluq.
Bayram aşağı əyildi, yerə sərilmiş fəhlələrdən birini qucağına alıb ortadan çıxartdı… M.Hüseyn.
Qaraca çoban yaralı qardaşını qucağına alıb tayaya tərəf apardı. M.Rzaquluzadə.

□ Qucağı uşaqlı – qucağında körpə uşağı olan.
Qucağı uşaqlı arvadlardan bir neçəsi özündən gedib, qarın üstünə sərilmişdi. Çəmənzəminli.

// Mehribanlıq və nəvaziş üçün birini qucaqlamaqdan ötrü açılmış qolların tutduğu vəziyyət; ağuş. Qucağına atılmaq.
– Doktor onu qucağına alıb alnından öpər və konfetə qonaq edərdi. M.İbrahimov.
Baba da cücəli toyuq kimi onlara dil tökür, qucağına alır. Mir Cəlal.

// Məc. mənada.
Bir də dilimizdə Vətən sözü var! Ana qucağıdır bu ilahi söz. S.Vurğun.
Ayna sular qucağında görünür; Div gövdəli, qara üzlü qayalar. R.Rza.
Ulduzlar sönüb gedir göylərin qucağına. Ə.Cəmil.
“Sual” romansında çoban həyatını, gözəl mənzərələri təsvir edən Asəf Zeynallı xoş və gözəl təbiət qucağında yaşayan insan varlığındakı mənanı oxşayır. Ə.Bədəlbəyli.

2. Adətən “bir” sözü ilə: bir qucaq – 1) qollarının arası tutduğu qədər.
[Atakişi:] İndi, qızım, mənim təsəllim bu bir vedrə su, bir qucaq odundur, onu da mənim əlimdən almayın. C.Cabbarlı;

2) məc. çoxlu, çox.
Məndə sənin bir qucaq sirrin var… M.Hüseyn.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QUCAQ QUCAQ Kübra körpəni qucağına aldı (Ə.Vəliyev); AĞUŞ Gördüm övrət bir daşın dalında əyləşib, balaca qız da özünü onun ağuşuna qısıb
  • QUCAQ ağuş — qoyun

Etimologiya

  • QUCAQ Kökü qucmaq feilidir, -aq şəkilçisi feildən isim düzəldir (sor və soraq qəlibi üzrə). Kəlmə “od, isti” mənalarında işlədilmiş köy sözü ilə bağlıdır və
QUBERNİYA
QUCAQ-QUCAQ
OBASTAN VİKİ
Qucaq (Qürvə)
Qucaq (fars. قوجاق‎) — İranın Kürdüstan ostanı Qürvə şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 440 nəfər yaşayır (100 ailə). Əhalisini kürdlər təşkil edir.
Qucaq rəqsi
Qucaq rəqsi, Lap rəqsi, Kontakt rəqsi və yaxud Təmas rəqsi — bəzi gecə klublarında və striptiz klublarında təklif olunan erotik rəqsin bir növüdür. Bu cür rəqs növündə rəqqasə adətən oturmuş müştəri ilə bədən təması yaradır. Qucaq rəqsi masa rəqsindən fərqlidir. Qucaq rəqsində rəqqas hüquq qayda-qanunlarından və klubun müştəri siyasətindən asılı olaraq çılpaq, yarıçılpaq və ya az geyinmiş formada müştərilərə xidmət göstərir.
Açılmış qucaqlar (film, 2009)
Açılmış qucaqlar (isp. Los abrazos rotos) — rejissor Pedro Almodovarın filmi. 2009-cu ildə ekranizasiya olmuşdur. == Məzmun == Mateo Blanko (Luis Omar) tanınmış kino ssenaristidir və o uzun müddətdir ki, Harri Keyn təxəllüsü ilə yaşayır. O kordu, ona Cudit adlı rəfiqəsi və müttəfiqi baxır. Cuditdə öz işləri ilə məşğul olanda, Mateoya onun oğlu Dieqo baxır. Bu müntəzəm həyatı tanınmış biznesmen Ernesto Martelin ölüm xəbəri pozur. Tezliklə Mateonun yanına biznes-imperiyanın varisi Rey Eks təşrif buyurur. Rey Eks Mateoya avtobioqrafik filmin çəkməsini təklif edir. Ssenariçi müştərinin planını açır və buna görə filmin çəkilişindən imtina edir.
Trevoru qucaqla (film, 2007)
Trevoru qucaqla (ing. Holding Trevor) Amerika istehsalı olan dram, melodram janrlı filmdir. Ruser Qudmenin rejissorluq etdiyi bu film 2007-ci ildə nümayiş olunub. == Məzmun == Narkotik aludəçisi olan sevgilisindən yeni ayrılan Trevor Holden bunun yorğunluğundan çıxmaq istədiyi bir vaxt Efram adlı öz yaşıdı ilə tanış olur. Qısa vaxt ərzində dostaşan oğlanların münasibəti sonradan sevgiyə çevrilir. Lakin Efram Trevorun buna hazır olmadığını düşünür. Ancaq öz hissləri ilədə bacara bilməyən Efram ona özü ilə birgə Nyu Yorka gəlməyi təklif edir. Qərar vermə ərəfəsində isə xoşagəlməz hadisəni öyrənir. Beləki, otaq yoldaşı Endinin QİÇS olduğunu öyrəndikdən sonra çıxılmaz vəzyyətə düşən Trevor getmək istəsədə onu bu vəziyyətə qoyub getmək də ürəyincə deyil. == Rollarda == Brent Qorski — Trevor Holden Kristofer Villie — Darell Cey Brannan — Ceyk Melissa Sirinq — Endi Eli Kranski — Efram == Film musiqiləri == "Suburbia Floating" (Bəstəkar: Skott Starrett) "Dark Delay" (Bəstəkar: Robert Heskin) "Dirty Numbers" (Bəstəkar: Aaron Taşcian, ifa edən: Suig Tooz) "Envelope Marked X" (Bəstəkar: Gravity Terminal) "Bypassed" (Bəstəkar: Gravity Terminal) "Stop" (Bəstəkar: Aleks Devis) "Athletico" (Bəstəkar: Ceremi Şerman) "Spanish Rumba" (Bəstəkar: Daniel Koks) "Bolero del Sol" (Bəstəkar: Çuk Henri) "Red Queen" (Bəstəkar: Qabe Lopez "Beautiful Lies" (Bəstəkarlar: Stüart Matis, Holli Mathis və Deanna Dozier, ifa edən: Deanna Dozier) "Running from the Sum" (Bəstəkar: Maykl Frieman və ifa edən: Çheck in the Dark) "Lower My Gun" (Bəstəkar: Cay Brannan) "Far Too Deep" (Bəstəkar: Qabe Lopez) "Rewind" (Bəstəkar: Aaron Taşcian) == İstinadlar == == Xarici keçidlər == Trevoru Qucaqla — Internet Movie Database saytında.
Trevoru qucaqlarkən (film, 2007)

Digər lüğətlərdə

крутоло́бый лицеме́рство опоя́сываться пятнадцати... сохраня́ть стре́льбищный тра́урно гипертони́я еврази́ец каталепси́ческий необори́мый окле́иванье отраста́ть поясня́ть сти́хнуть agrément celation debiteuse innovative ivory black peter post-flight биогенезис задуть посулить