Azərbaycan dilinin izahlı lüğətində LABÜDDƏN sözün mənası. Толковый словарь азербайджанского языка.

zərf [ər.]
1. Hökmən, məcburən, mütləq. [Ağası bəy Vaqifə:] Əgər Məmməd bəy .. mane ola bilməzsə .. labüddən vuruşma olacaqdır. Çəmənzəminli.
2. İstər-istəməz, əlacsız, naçar, məcburən. [Qulam xan:] Məni o qədər dəng elədin ki, axırda labüddən özümü bu bəlaya giriftar elədim. M.S.Ordubadi. [Rəşid:] Qurbanqulu dedi ki, mən yaya dayana bilmərəm, mənimçün indi toy edin, labüddən toy etdilər. T.Ş.Simurq.
← LABÜD

zərf [ər.] 1. Yerinə yetirilməsi, icrası vacib olan, zəruri olan; mütləq.

LABÜDLÜK →

is. Heç bir şeylə qarşısı alına bilməmə; qaçılmazlıq, önüalınmazlıq, zərurilik. Hadisənin labüdlüyü.