LAÇIN

is.
1. Keçmişdə quş ovlamaq üçün saxlanılan şahin cinsindən yırtıcı, alıcı quş. Laçın yatağıdır bizim məkanlar. Q.Zakir. Eşq ilə çırpınan cəfayə dözər; Laçın alçaqda, həm fəzada süzər. A.Şaiq. // məc. tənt. Müqayisələrdə: cürət, hünər, igidlik rəmzi kimi işlənir. Eyvazım bənzər laçına; Sonalar heyran saçına. “Koroğlu”. [Qərib:] Ahu baxışlıdır, laçın cürətli; Uçmağa, qonmağa çıxası gözəl. “Aşıq Qərib”.
2. Bədii təşbehlərdə: gözəlin gözlərinə işarə. Səyyad olub, qurub məhəbbət torun; Laçın gözlü, xub şikarı tutmuşam. M.P.Vaqif. Gecə-gündüz gözüm baxdı yollara; Bir laçın gözlünün nigaranıdı. Q.Zakir.

Həmin söz digər lüğətlərdə:

Azərbaycanca-rusca lüğət (qısa)

LAÇIN зоол. белый сокол, сокол-голубятник ətraflı

Azərbaycanca-rusca lüğət

LAÇIN I сущ. сокол: 1. хищная птица сем. соколиных 2. перен. о человеке, отличающемся красотой, смелостью, удалью. ətraflı

Author: Obastan; Publisher: Obastan