Azərbaycan dilinin izahlı lüğəti

LAƏQƏL, LAƏQƏLLƏN

zərf [ər.] klas. Ən azı, heç olmazsa. Gecə-gündüz hər zaman olsa müsavi, eyd olur; Laəqəl, ey bixirəd, mən görmüşəm yüz ayü il. Q.Zakir. Var imiş evlənməyə də qüdrəti; Bəs niyə yox laəqəl üç külfəti?! M.Ə.Sabir. Yadımdadır ki, mən məktəbə getməyim ilə qayıdıb indi bura gəlməyimin arası olardı laəqəllən beş saat. C.Məmmədquluzadə.
← LAD

[rus.] Musiqidə: səs sırasını qurma, səsləri yerləşdirmə üsulu; musiqi əsərinin quruluşu.

LAƏLAC →

sif. və zərf [ər.] Əlacsız, çarəsiz. _Laəlac qalmaq (olmaq) – çarəsiz qalmaq, əlacı kəsilmək, çıxılmaz vəziyyətdə olmaq, məcburiyyət qarşısında qalmaq.