is. [fars.] Mükalimə, söhbət, danışıq, söz. Gər doğru isə vəfadə lafın; Məndən nə üçündür inhirafın? Füzuli. Vəli, bihudə bir sözdür, deyirlər laf arasında. M.V.Vidadi. [Səlim:] İstəməz başqa laf; Söylə, açıq söylə, hər nə var söylə! H.Cavid. // Boş söhbət, laqqırtı, əməli əhəmiyyəti olmayan söz, lüzumsuz və bihudə söz. Hələlik gəl unudaq filməsəl öz lafımızı; İddiamızca açaq ayineyisafımızı. M.Ə.Sabir. [İskəndər:] Çox öyünmə, qüruru, lafı burax! Yaramaz bunca sadədil olmaq! A.Şaiq. _ Laf vurmaq (etmək) – 1) danışmaq, söhbət etmək, söz demək. Həddi nədir mənimlə vura laf eşqdən; Yanmaqda çox görüb özü pərvanə, könlümü. Q.Zakir. Eşqdə Məcnun kimi aləmdə çoxlar vurdu laf! S.Ə.Şirvani. Kağız sənə ağ göstərir öz sineyisafın; Guş eyləmə lafın; Çox tez qaralar qəlbi, mürəbbisi yamandır. M.Ə.Sabir; 2) uzunuzadı danışmaq, söhbət etmək; çərənləmək, boşboğazlıq etmək, laqqırtı vurmaq. Keçən sözü çəkmə üzə, amandır! Yalan danışıban laf eyləmişəm. Aşıq Ələsgər. Bir az da Rüstəm keçmiş günlərindən laf vurub getdi. Ə.Haqverdiyev.
← LAƏLAC

sif. və zərf [ər.] Əlacsız, çarəsiz. _Laəlac qalmaq (olmaq) – çarəsiz qalmaq, əlacı kəsilmək, çıxılmaz vəziyyətdə olmaq, məcburiyyət qarşısında qalmaq.

LAFÉT →

[fr.] 1. Top altlığı, top qundağı. 2. Traktor və başqa nəqliyyatın dalına qoşulan yük arabası.