LAĞ

is. [fars.] Rişxənd, istehza, ələ salma, masqara. Bu sual [kişiyə] yersiz, bir az da lağ kimi gəldi. Mir Cəlal. _ Lağ etmək (eləmək) – ələ salmaq, istehza etmək, araya qoymaq, masqaraya qoymaq, gülmək. Camalından mələk xəcalət çəkər; Hüsnün eylər aya, günə lağ, gəlin! M.P.Vaqif. [Rəşid:] Mənim nə həddim var sənə lağ eləyim. Ə.Haqverdiyev. [Qızyetər:] Bayaqdan lağ eləyirdi, indi özünün ürəyi gedir. M.İbrahimov. Lağa qoymaq – b a x lağ etmək (eləmək). Odur, uşaq yenə kərbəlayıdan əl çəkmir, onu lağa qoyub yoruluncaya qədər gülürdü. M.Hüseyn. [Hümmət Zülfüqara:] Çıxart bu demaqoqu, sənə deyirəm. Küçələrdə bizi lağa qoyduğu daha bəsdir. B.Bayramov.

Həmin söz digər lüğətlərdə:

Azərbaycanca-rusca lüğət (qısa)

LAĞ насмешка, пересмешка, осмеяние, ирония ətraflı

Azərbaycan dilinin dialektoloji lüğəti

LAĞ (Quba) kürək. – Camış lağı sındırdı ətraflı

Azərbaycanca-rusca lüğət

LAĞ сущ. насмешка, издёвка (обидная, язвительная шутка). Lağa qoymaq kimi, nəyi, lağ eləmək kimə, nəyə насмехаться над кем, чем (подвергать насмешкам, делать предметом насмешек), lağa qoyulmaq подвергаться, подвергнуться насмешкам, сделаться предметом насмешек, lağla demək сказать в насмешку ətraflı

Azərbaycan dilinin sinonimlər lüğəti

LAĞ istehza — masqara — rişxənd ətraflı

Author: Obastan; Publisher: Obastan