LAQEYD

[ ər. ]
1. sif. Heç bir şeyin fikrini, qeydini çəkməyən, heç bir şeyə əhəmiyyət verməyən, hər şeyi qulaqardına vuran. Laqeyd adam.
2. zərf Etinasız, maraqsız, soyuq, saymaz.
Mən nə qədər ki, ona qarşı laqeyd və etinasız davranırdım, əksinə olaraq, o mənə bir o qədər artıq təmayül göstərir(di). S.Hüseyn.
Xanımı özümdən şübhələndirməmək üçün mən özümü sakit və laqeyd göstərməyə çalışırdım. T.Ş.Simurq.
[Qara:] Mənə qarşı nə üçün bu qədər laqeyd idilər? İ.Hüseynov.

□ Laqeyd qalmaq – etina etməmək, fikir verməmək, fikrə, hərəkətə qarşı laqeydlik, saymazlıq göstərmək.
// Laqeydcəsinə, soyuq.
Tanrıverdi soyuq və laqeyd bir tövr ilə: – Hacı Qurbanın nəşi quyudamı qalacaq? – deyə soruşdu. A.Şaiq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • LAQEYD LAQEYD Fikrət hər şeyə laqeyd idi (X.Hasilova); BAŞISOYUQ (məc., dan.) [Xosrov:] Aldığını və eşitdiyini düşünməyəcək, çaşqın, başısoyuq adamlardan dey
  • LAQEYD qayğısız — arsız — qeydsiz — başısoyuq — səhlənkar

Antonimlər (əks mənalı sözlər)

  • LAQEYD LAQEYD – CİDDİ Hürü isə bu baxışlara qarşı laqeyd görünürdü (M.İbrahimov); Ostapenko ciddi, iti, əsəbi bir halda işləyirdi (Mir Cəlal)

Etimologiya

  • LAQEYD Ərəbcədir, “qeydsiz” (qayğısız) deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
LAQ-LAQ
LAQEYDANƏ

Digər lüğətlərdə

бу́йственный воронёнок замета́ние навощи́ть не уби́й недостове́рный перешвырну́ться адге́зия де́вять добреда́ть доде́лываться капельме́йстерский караме́льный па́ста подко́лка ракетострое́ние скобяно́й bate target-card tectorial Wembley коллектив учинить хладноломкость шасси