LAQEYDLİK


1. is. Hər şeyə laqeyd münasibət, maraqsızlıq göstərmə; etinasızlıq, başısoyuqluq, qayğısızlıq, qeydsizlik.
[Qoşatxan:] Laqeydlik kənd müəllimi üçün dözülməz bir bəladır, deməli, heç şey onun ürəyini yandırmır. M.İbrahimov.

□ Laqeydlik göstərmək – laqeyd, etinasız yanaşmaq, başısoyuqluq göstərmək, maraq göstərməmək, saymamaq.
Elə mən də; Ondan məktub gələndə; Laqeydlik göstərib; Bəzən cavab yazmadım. Z.Xəlil.

2. Laqeydliklə şəklində zərf – bax laqeydcə(sinə).
Qoşun dəstələri şəhəri çox soyuqqanlılıqla gəzir, atışma yerlərindən laqeydliklə keçirdilər. M.S.Ordubadi.
Cəmil sifətini laqeydliklə boz dağlara tərəf çevirdi. Q.İlkin.

Sinonimlər (yaxın mənalı sözlər)

  • LAQEYDLİK LAQEYDLİK İndi Həmidin laqeydliyi ona təhqir kimi gəldi (H.Abbaszado); BAŞISOYUQLUQ Əhməd, işə başısoyuqluq göstərirsən (S
  • LAQEYDLİK qayğısızlıq — arsızlıq — qeydsizlik — başısoyuqluq — səhlənkarlıq
LAQEYDLƏŞMƏK
LAQQALAQ

Digər lüğətlərdə

вздира́ть докопти́ться издроби́ть карту́зик мультиви́за обмы́ливание перевоплоще́ние спра́вный су́дный сутя́га схвати́ться углубля́ться чили́йцы дать фору дожа́ривать па́уза прока́ливать проклю́нуться шко́льнически bank draft honourless Nevado Coropuna кривизна распасться стереотипный