LƏBBADƏ

is. [ ər. ]
1. köhn. bax aba 1
[Molla Xəlil] uzun ləbbadəsinin ətəklərini yelləndirə-yelləndirə o baş-bu başa gəzinir, qalın bir qaranlığa bürünən kəndə baxırdı. S.Hüseyn.
[Axund] qara gecə ləbbadəsini ehmalca çiyninə salıb, dəhlizə çıxdı. Mir Cəlal.

2. məc. Uzun, enli, biçimsiz paltar haqqında. Əynindəki palto deyil, ləbbadədir.

Sinonimlər (yaxın mənalı sözlər)

  • LƏBBADƏ ləbbadə bax 1. xələt 1; 2. aba I
LƏBALƏB
LƏBBEYK
OBASTAN VİKİ
Ləbbadə
Ləbbadə — çiyinüstü üst gödəkçəsi. Sırıqlı və astarlı olur. Ləbbadənin yaxası açıq olub, bel hissədə bağ ilə bağlanır. Ləbbadənin beldən bir qədər aşağıda yan tərəflərində qısa çapığı olur. Qolu qısa, dirsəyə qədərdir. Qoltuq yeri açıq biçilir. Ləbbadə tirmə, məxmər və müxtəlif zərli parçalardan tikilib, yaxası, qolunun ağzı və ətəyi zərif baftalarla bəzədilir.

Digər lüğətlərdə

асфа́льтовый гемофили́я крамо́льный на́пповый обжима́ние плоди́ть предупрежде́ние пречудно припира́ть проси́живание разукрупни́ть со́бственник фибри́н доро́жка подёрнуться ма́слом прошвырну́ться психомото́рика смолова́р тури́стка целлуло́идный anthropotomy fumatory wedding мол противозаконный