LƏÇƏKLİ

sif.
1. Başına ləçək bağlamış, başında ləçək olan. Ləçəkli qız. Ləçəkli qadın.
2. bot. Ləçək açmış, ləçəkləri olan. Ləçəkli gül. Ləçəkli pambıq.

Sinonimlər (yaxın mənalı sözlər)

  • LƏÇƏKLİ yarpaqlı
LƏÇƏKLƏNMƏK
LƏÇƏKLİK
OBASTAN VİKİ
Ləçəkli printer
Ləçəkli printer (ing. daisy-wheel printer, rus. лепестковый принтер), türk. papatya çarklı yazıcı) – çap hissəsi "qızçiçəyi" şəklində olan printer. Belə printerlərdə boyayıcı və ya qrafit lentdən istifadə edildiyindən, çap olunmuş hərflər aydın və azca qabarıq alınır, həm də simvollar yazı makinasında çap olunmuş kimi görsənir. Lazer printerlərinin geniş istifadəsinədək ləçəkli printerlər yüksək keyfiyyətli çap almaq üçün əsas vasitə olub. Qızçiçəyi çarxı (ing. daisy wheel, rus. лепестковый литероноситель, türk. papatya çarklı) – ləçəkli printerlərdə istifadə olunan çarxşəkilli çap elementi; liter formalarından ibarətdir və onların hər biri mərkəzi topa bərkidilmiş qolda yerləşirlər; bütün konstruksiya ləçəkli qızçiçəyinə oxşayır.

Digər lüğətlərdə

донкихо́тствовать запола́скивание ма́клерничать пища́ть приноро́вка сели́шко эклекти́чный вакуумме́тр выда́иваться вычита́ться запряга́ние лжегеро́й ма́етно па́сочница чепелиться baffling curiosity philosophize pull strap Sara timber-work wahoo выбрасываться лущильник смушка