LƏC

sif. [ər.] Tərs, höcət, inad. _ Ləc düşmək – b a x ləcləşmək. ..Kişi arvadına deyir: – Ay arvad, heç qəm eyləmə, nə qədər canım sağdır, hər günün xərcin qazanacağam. Amma, deyəsən, şah mənimlə ləc düşmüşdür. (Nağıl). Ləc salmaq – iki adam arasında düşməncəsinə münasibət yaratmaq; düşünüşdürmək, aralarını vurmaq, vuruşdurmaq. Səttarzadə başını tovladı: – Siz məni doğma qızım ilə ləc salmaq istəyənlərin iftirasına uymayın, yoldaş! Mir Cəlal.

Həmin söz digər lüğətlərdə:

Azərbaycan dilinin dialektoloji lüğəti

LƏC I (Kürdəmir, Qazax) bax ləj. – Kamil ləc adamdı (Qazax) II (Cəlilabad) bataqlıq. – Su axey bılağdan ləc oley ətraflı

Azərbaycanca-rusca lüğət

LƏC прил. неприязненный, недоброжелательный; ləc düşmək kimlə питать неприязнь к кому, ləc salmaq kimi kimlə разжигать, разжечь ненависть между кем ətraflı

Azərbaycan dilinin sinonimlər lüğəti

LƏC dəcəl — nadinc ətraflı
LƏC öcəşik ətraflı
LƏC düşmən — qərəzkar — qənim ətraflı

Azərbaycanca-ingiliscə lüğət

LƏC I. i. hater; (qatı düşmən) bitter enemy; stubborn; ~ düşmək bax ləcləşmək II. s. ətraflı

Azərbaycan dilinin etimologiya lüğəti

LƏC Ləj kimi də işlədilir, ərəbcə “tərs” deməkdir. (Bəşir Əhmədov. Etimologiya lüğəti) ətraflı

Author: Obastan; Publisher: Obastan