LƏÇƏKOTU

is. bot. Bataqlıq yerlərdə bitən, gön aşılamaq üçün istifadə edilən bir bitki.
Ləçəkotu bataqlıq yerlərdə bitir, kökü, yarpağı və gövdəsi gönü aşılamaq üçün yararlıdır. M.Qasımov.

LƏÇƏKLİK
LƏÇƏR
OBASTAN VİKİ
Ləçəkotu
Ləçəkotu (lat. Platanthera) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinə aid bitki cinsi.
Avropa ləçəkotu
Qoşayarpaq ləçəkotu
Qoşayarpaq ləçəkotu (lat. Platanthera bifolia) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin ləçəkotu cinsinə aid bitki növü.
Yaşılçiçək ləçəkotu
Yaşılçiçək ləçəkotu (lat. Platanthera chlorantha) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin ləçəkotu cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == Çoxillik ot bitkisidir. Kök yumruları uzunsov-yumurtavari, bizvari sonluqludur. Gövdəsi 30–50 sm hündürlükdə, 1–3 sayda xırda lansetşəkill yarpaqcıqlı və iki ədəd iri, enli, oval və ya tərs-yumurtavari, gövdənin aşağı hissəsində enli saplağı olan yarpaqlıdır. Çiçək qrupu cox çiçəkli, boş, 7–25 sm uzunluğundadır. Çiçəkyanlığının yarpaqcıqları uzunsov və ya yumurtavari, lansetşəkilli, kütləşmiş, yaşılımtıl-ağ, az iylidir. Dodağı xətti-lansetvari,11–14 mm uzunluğunda, küt, qövsvari əyilmiş, 2,7 sm usunluğunda, təpə hissədə sancaqvari qalınlaşmış mahmızlıdır. == Yayılması == Samur-Dəvəçi ovalığı, Qobustan, Böyük Qafqazın bütün rayonları (Altıaqac qəsəbəsinin ətrafı), Kiçik Qafqazın mərkəzi və cənub rayonları, Lənkəran və Naxçıvanın dağlıq rayonları, Xəzəryanı ovalıq (Xızı rayonu). == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Çiçəkləmə və meyvə əmələgətirmə dövrü may-iyun aylarına təsadüf edir.
Yaşıl rəngli ləçəkotu

Digər lüğətlərdə

е́зженый коридо́рчик обтюра́торный передислоци́роваться полицеме́рить домости́ть забола́чиваемость замазать рот кому-л напря́жный обреве́ться скак ссу́до-сберега́тельный медвежья фитюк шебека air-breather engine camiknickers ostlerye rubbed secondary planet баллада вымирание загораться икрометание провинциализм