LÓSMAN

[ holl. loodsman] dəniz. Yerli üzüş şəraitini, yerli su yollarını yaxşı bilən və gəmiləri həmin yerlərdən keçirməyi yaxşı bacaran gəmi işçisi. Çay losmanı. Liman losmanı.
– Məsləhətdir ki, bu şairliyini tərk edəsən; Tazə muzdur olasan kəştiyə, losmana, Yusif! S.Ə.Şirvani.
Dəniz durğun, hava saf olduğu zaman qoca losmanlar keçərkən [qalanı] görür. A.Şaiq.
Sevinclə işə gəlir losmanlar – Süveyş əhli. O.Sarıvəlli.

LORULUQ
LOSMANLIQ
OBASTAN VİKİ
Losman (roman)
Losman (roman) — Ceyms Fenimor Kuperin dəniz mövzusunda olan ilk romanı. Meşə dünyası kimi, dəniz aləminə də yaxından bələd olan, gəncliyinin bir neçə ilini fırtınalı dənizlərdə keçirən Kuperin "Losman" romanında da dramatik səhnələr, dənizçilərin ağır həyatı və dənizin rəngarəng görüntüləri təsvir edilmişdir. Bu əsər də obrazların təbiiliyi və reallığı ilə diqqəti cəlb edir. == Roman haqqında == "Losman" romanında bəhs olunan məhəbbət tarixçəsinin başlıca iştirakçıları "Ariel" gəmisinin gənc kapitanı Dik Barnsteybl və leytnant Qriffitdir. Romanın baş qəhrəmanı isə həyatı sirlərlə dolu olan Losman Qreydir. Günlərin birində o, İngiltərənin sərhədlərində dara düşmüş bir Amerika freqatını xilas edir və o vaxtdan etibarilə bütün amerikan dənizçilərinə rəhbərlik etməyə başlayır. Freqatın kapitanından başqa bu adamın kim olduğunu heç kəs bilmir. Yazıçının müasirləri Losman Qreyin məşhur dənizçi Con Pol Consun prototipi olduğunu çox asanlıqla müəyyən etmişdilər. Belə ki, həmin dövürdə ingilislərə qarşı bir sıra çox uğurlu hərbi əməliyyat keçirən bu amerikalı dənizçinin şöhrəti hər tərəfə yayılmışdı. Bu romanın qəhrəmanları təbiət qüvvələri — tufanlar, fırtınalar və insanlarla ölüm-dirim mübarizəsi aparırlar, hərçənd ki, bu mübarizə onlara baha başa gəlir — düşmən topunun mərmisi kapitanın həyatına son qoyur, bir çox igid dənizçilər həlak olur, ancaq Barnsteybl və Qriffit öz nişanlıları ilə sağ-salamat vətənə qayıdırlar.

Digər lüğətlərdə

без смы́сла дои́скивать забронировать засу́сливаться капуци́нка небезразли́чно синхрони́чный сочета́ть угрева́ние химе́рный шпе́ндик ка́стовость магне́зия марты́н межвре́менье плыть между па́льцами подбинтова́ть булдырь herniotomy part-owner pismirism rowlock stanzaic station agent сотворчество