LÖVBƏR

is. dəniz. Gəmini və üzücü mayakları yerində saxlamaq üçün suya buraxılan zəncirə bağlanmış qarmaqlı metal ox.
Nəhəng burnunu sahilə dayayıb lövbər atmış balıqçı gəmisindən Tahirin hər zaman eşitdiyi mahnı səsləri ucalırdı. M.Hüseyn.
On dörd dənizdə lövbər salır bizim gəmilər; On dörd dənizdən əsən küləklə yırğalanır. Ə.Cəmil.

◊ Lövbər(ini) salmaq (atmaq) – məskən salmaq, bir yerdə oturub qalmaq, bənd olmaq.
[Molla Hüsü Sərdara:] Harda ki lövbər salıb oturublar, idarə düzəldiblər, ora da vurmaq lazımdır. M.İbrahimov.

Lövbərini qaldırmaq zar. – oturduğu yerdən çox çətinliklə, istəməyə-istəməyə, ağır-ağır qalxmaq. Lövbərini qaldır, gedək.
LÖKÜT
LÖVBƏRLİ
OBASTAN VİKİ
Lövbər
Lövbər — gəmi, sualtı gəmi, mayak və ya suda olan hər hansı bir obyekti sabit saxlamaq üçün nəzərdə tutulmuş lövbər zənciri və lövbər dəstəyindən ibarət metal konstruksiya. Lövbərin effektivliyi saxlanma gücü əmsalı ilə qiymətləndirilir. Saxlanma gücü əmsalı lövbərin çəkisi ilə obyektin müqavimət gücü arasında nisbət ilə tapılır. Hərbi gəmilərdə lövbərin ölçüsü gəminin midelinin sahəsinə görə təyin edilir. Ticarət gəmilərində, lövbərin ölçüsü - gəminin əsas ölçüləri və ya gəminin tonnajı ilə lövbərin çəkisi arasındakı düz mütənasibliyi nəzərə almaqla təyin edilir. Sadə lövbərin konstruksiyasının əsası düz istiqamətdə uzanan metal dəstəkdir. Dəstəyin yuxarı hissəsində lövbərin zəncirə bərkidilməsi üçün qulp yerləşmişdir. Dəstəyin aşağı hissəsi qövsvari şəklində uzanmış oxlardan təşkil olunmuşdur. Ən alt hissə - trend adlanır. Vikianbarda Lövbər ilə əlaqəli mediafayllar var.
Lövbər effekti
Lövbər effekti (ing. Anchoring effect) — Qərarvermə prosesi zamanı fərdin əldə etdiyi ilkin informasiyanı rəhbər tutması halı. Bu vəziyyət ilkin məlumatın doğru olduğuna inanmaq, ya da sonraki məlumatları əvvəlki məlumata görə dəyərləndirməyə, müqayisə etməyə səbəb olur. == Lövbər effekti üçün nümunələr == Bu məhsulu başqa saytda 30 manata görmüşdüm, burda 20 manatadır. Bu, çox ucuzdu. Qonşumuz evini 100 minə sata bildisə, deməli, mən də sata bilərəm. Ailəmizdəki insanların ortalama ömür müddəti uzundur, deməli, mən də çox yaşayacam. Arıq olan dostlarım hər səhər qaçır, deməli, mən də hər səhər qaçmalıyam. Mən uşaq olanda anam məni saat 10-da yatırırdı, onda, mənim də uşağım saat 10-da yatmalıdır.

Digər lüğətlərdə

гальванизи́роваться надса́дный настра́ивать скотозаготови́тельный смутья́нка ча́йный а́рмия выви́нчивать дать жи́зни застесня́ться леда́щий манку́рт ратифици́роваться фле́йта тираж abb boundary circumstantial defeasible Pattie platyfish weet-weet огорчиться панический телохранитель