LÜT-ƏTCƏ

sif. dan.
1. Çılpaq, ətcə (uşaq haqqında).
Mənə elə gəlirdi ki, [Azad] ana bətnindən lüt-ətcə bu soyuq dünyaya qədəm qoyduğu zaman belə səsini çıxarmamışdır. M.İbrahimov.

2. məc. Balaca, körpə.
[Zeynal:] Ey lütətcə balalar! Başıma yığılın. Ə.Əbülhəsən.

LÜT-ANADANGƏLMƏ
LÜT-MADƏRZAD
OBASTAN VİKİ
Dəşti-Lüt
Dəşti-Lüt və ya Dəşt-i Lüt (fars. lüt çöl, çılpaq çöl) — İranda ölçülərinə görə Dəşti-Kəvirdən sonra ikinci böyük səhra. Dəşti-Lüt səhrası İranın cənub-şərq hissəsində yerləşir və şimaldan cənuba 1100 km. məsafəyə uzanır. Dəniz səviyyəsinə görə o Dəşti-Kəvirdən bir neçə yüz metr alçaqda yerləşir. Orta hündürlüyü 600 metrdir. Dəşti-Lüt səhrası təbiət baxımından çox rəngarəngdir. Onun landşaftları nəinki ancaq qumluqlardan, həm də şoranlıqlardan, xırda daşlıq və dağlıq qayalıqlardan ibarətdir. Günəşin və küləyin fəaliyyəti nəticəsində burada müxtəlif aşınma formalarını və eol qumlarının toplanmasını sezmək olar. Səhranın ərazisində tez-tez qədim çayların qurumuş hövzələrinə rast gəlmək olar.

Digər lüğətlərdə

блатна́я взва́ливать преки́слый сатини́рованный ту́лий энергобло́к акценти́роваться ва́нная ко́смами леси́на либерализо́ванный метро́лог пелика́ний просемина́рий пу́дожский камень родно́й сарвень Bloomfield brimstone castelet intoxicant pashm камбала приударить увлажняться