MACƏRA

is. [ər.]
1. Başa gələn həyəcanlı hadisə; qəziyyə, sərgüzəşt. Onun başına böyük macəralar gəlmişdir. – Nabat zənn edirdi ki, Şəkərəli bir şey bilmir və onu dilgir, qəmgin edən macəradan xəbərsizdir. T.Ş.Simurq. Açmasam dərdimi, kim bilir nə var; Ömrümün qaranlıq macərasında? M.Müşfiq.
2. Bax avantüra. // Ümumiyyətlə, hadisə, qəziyyə, əhvalat. Dildən-dilə düşdü bu fəsanə; Faş oldu bu macəra cəhanə. Füzuli.

Həmin söz digər lüğətlərdə:

Azərbaycanca-rusca lüğət (qısa)

MACƏRA 1. приключение, похождение, происшествие; 2. событие, случай; ətraflı

Azərbaycan qadın adlarının izahlı lüğəti

MACƏRA həyəcanlı hadisə, sərgüzəşt, əhvalat. ətraflı

Azərbaycanca-rusca lüğət

MACƏRA I сущ. 1. приключение, похождение, авантюра. Macəra axtarmaq искать приключение, macəra axtaran искатель приключений, sevgi macəraları любовные приключения 2. ətraflı

Azərbaycan dilinin sinonimlər lüğəti

MACƏRA hadisə — qəziyyə — əhvalat — sərgüzəşt ətraflı

Author: Obastan; Publisher: Obastan