MADMAZEL

[ fr. ] Fransada, 1917-ci il inqilabından qabaq isə Rusiyada və bəzi başqa ölkələrdə: adətən kübar qızların, yaxud subay qadınların adlarına qoşulan söz; xanım.
[Məmdəli:] Mən ki, bir şux madmazel eşqində əldən getmişəm! M.Ə.Sabir.
Maşın sahibi madmazel; Əylənmək üçün iti gəzdirir. N.Rəfibəyli.

MADƏRŞAHLIQ
MADÓNNA
OBASTAN VİKİ
Madmazel
Madmazel (fr. Mademoiselle, [madmwazɛl]) — fransız dilində kübar qızlara və ya subay qadınlara müraciət forması, eləcə də hörmət əlaməti kimi istifadə edilən ifadə. Bu, hörmət əlaməti kimi qeyd olunduqda şəxsin adının və ya soyadının önünə əlavə edilir. Azərbaycan dilində bu söz "xanım", ingilis dilində "miss" sözünə uyğun gəlir. Bu söz 1917-ci il inqilabından qabaq Rusiya imperiyasında, o cümlədən Azərbaycanda istifadə edilirdi.Təxminən 1970-ci ildən etibarən Fransada "madmazel" titulundan istifadəyə etiraz edilməyə başlanılmışdır, xüsusən də onun qadağan edilməsini istəyən feminist qruplar tərəfindən. O vaxt baş nazir olan Fransua Fiyonun 21 fevral 2012-ci il tarixli sirkulyarında bütün rəsmi sənədlərdə "madmazel" sözünün silinməsi tələb olunurdu. 26 dekabr 2012-ci ildə Dövlət Şurası bunu təsdiqləmişdir.

Digər lüğətlərdə

ла́данный медя́нка нанесе́ние рого́зовые у́мствование усма́рь во всеору́жии досчита́ть дра́твенный отго́н ру́бчиковый ликовать cover-to-cover enamelware integrated plant many-armed bandit meat-grinder tactics rabbiter trappings trench about денационализация захмелеть малодушествовать проклеить сияние