MƏCBUR

sif. [ər.] Zorla bir işə sövq olunan, zorla bir işi görməli olan; naçar. [Yusif Sərrac:] ..Mən məcburəm ki, səltənətdən əl çəkib təxtü tacı bir kimsənəyə vagüzar edim. M.F.Axundzadə. Tərk etməyə amalını aləm hamı məcbur. A.Səhhət. _ Məcbur etmək – vadar etmək, zorla bir işi gördürmək. [Xədicə:] Hər kəsi özü ilə hesablaşmağı məcbur edərdi. S.Hüseyn. [Sevinc Mahmuda:] Səni məktəbdən qaçmağa məcbur edən tənbəllikdir. Z.Xəlil. Məcbur qalmaq – b a x məcbur olmaq. Mənzil başına çatmadan tramvaydan düşməyə məcbur qaldım. Qantəmir. Məcbur olmaq – vadar olmaq, əlacsız qalaraq bir işi görməli olmaq, bir işi məcburən görmək. [Qız:] Bəlkə Şirmayı anasından qorxub həqiqəti gizlətməyə məcbur olmuşdur? M.Hüseyn. Ataş öz ata yurduna qaçmağa məcbur olmuşdu. Ə.Vəliyev.

Həmin söz digər lüğətlərdə:

Azərbaycanca-rusca lüğət (qısa)

MƏCBUR вынужденный, принужденный, обязательный ətraflı

Azərbaycanca-rusca lüğət

MƏCBUR I прил. 1. вынужденный что-л. делать, сделать, поступать, поступить как-л II предик. ətraflı

Azərbaycanca-ingiliscə lüğət

MƏCBUR s. forced, constrained, obligatory, compulsory; ~ etmək to force (d.), to compel (d.), to oblige (d. ətraflı

Author: Obastan; Publisher: Obastan