MƏCLİS

is. [ər.]
1. Bir məsələ haqqında danışmaq üçün düzəldilən yığıncaq, toplaşmış adamlar heyəti; toplanış, iclas. ..Çünki bu bir məclisi-xasdır, ona binaən mənim tərəfimdən icazət olunur ki, oturasınız. M.F.Axundzadə. Hərzə nə şura və nə məclis bilir; Nə düşünür yaxşı, nə bir pis bilir. M.Ə.Sabir. Qüdrət danışdıqca məclisin sükutu daha da ağırlaşırdı.. M.Hüseyn. // Həmin toplanışın düzəldiyi yer.
2. Toy, şənlik, yas və s. bu kimi yerlərdə toplanan yığıncaq. Toy məclisi. Şənlik məclisi. Təziyə məclisi. – Oxunur məclisdə xoş kəlimatı; Ox kimi bağrını dələr, ağlarsan. M.V.Vidadi. ..Qızlar, gəlinlər də yığışıb gəlmiş, .. gözəl bir məclis düzəlmişdi. M.Rzaquluzadə.
3. Türkiyədə və İranda qanunverici orqanın, parlamentin adı. ..Tehranda məclisi topa tutublar. C.Məmmədquluzadə. _ Məclisimüəssisan, yaxud müəssislər məclisi – burjua dövlətlərində: əsas qanun (konstitusiya) hazırlamaq üçün yaradılan müvəqqəti nümayəndəli orqan. Məclisi-müəssisan seçkilərində xalq siyasi firqələr ətrafında toplaş(dı).. S.Hüseyn. ..Milli konqres özünü məclisimüəssisan elan etdi. M.İbrahimov.
4. Teatr tamaşalarının ayrı-ayrı hissəsi; pərdə, şəkil. Birinci məclis Rüstəm bəyin evində vaqe olur. Ü.Hacıbəyov. İkinci məclis vaqe olur bir balaca otaqda. N.Vəzirov.

Həmin söz digər lüğətlərdə:

Azərbaycanca-rusca lüğət (qısa)

MƏCLİS 1. собрание, заседание; 2. общество, компания; 3. парламент, меджлис; 4. сцена (действие в драматическом произведении); ətraflı

Azərbaycanca-rusca lüğət

MƏCLİS сущ. 1. собрание: 1) встреча какой-л. группы людей, общества, а также само общество, собравшиеся где-л. ətraflı

Azərbaycan dilinin sinonimlər lüğəti

MƏCLİS iclas — yığıncaq — parlament ətraflı
MƏCLİS qonaqlıq — şülən ətraflı

Azərbaycan dilinin omonimlər lüğəti

MƏCLİS MƏCLİS I is. [ ər. ] Parlament, İranda və Türkiyədə qanunverici orqan. MƏCLİS II is. [ ər. ətraflı

Azərbaycanca-ingiliscə lüğət

MƏCLİS i. 1. meeting, conference; 2. congress, parliament; assembly; 3. ətraflı

Azərbaycan dilinin etimologiya lüğəti

MƏCLİS Ərəbcə iclas sözü ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti) ətraflı

Author: Obastan; Publisher: Obastan