MƏCMUƏ

is. [ər.] Məqalə, hekayə, şeir və s. toplusu; jurnal. “Molla Nəsrəddin” məcmuəsi. “Qobustan” məcmuəsi. Məcmuənin yeni nömrəsi. – Bəlkə mən o sözləri götürüb məcmuəmə yazaydım, onda canını hara qoyardın? C.Məmmədquluzadə. Sonanın atası .. “Zənbur”, “Tuti” kimi məcmuələrdən cürbəcür məlumatlar oxuyardı. Ə.Əbülhəsən.

Həmin söz digər lüğətlərdə:

Azərbaycanca-rusca lüğət (qısa)

MƏCMUƏ 1. журнал; 2. сборник; ətraflı

Azərbaycanca-rusca lüğət

MƏCMUƏ I сущ. 1. сборник (книга, представляющая собой собрание каких-л литературных или иных произведений, материалов, документов). ətraflı

Author: Obastan; Publisher: Obastan