MƏCNUN

sif. və is. [ər.]
1. Dəli, divanə. Halı pəjmürdə, sanki bir məcnun; Anlaşılmaz nədir məramı onun. H.Cavid. _Məcnun etmək – dəli etmək, divanə etmək. Məcnun olmaq – dəli olmaq, divanə olmaq. Məcnun olacaqsan bu təbiətlə nəhayət. H.Cavid.
2. məc. Aşiq, vurğun, dəlicəsinə vurulmuş. Hicrdə müttəsil ümmidi-visal ilə xoşam; Gəlməyib aləmə bir mən kimi məcnun aşiq. Q.Zakir. Niyə bu məcnunu etmiş fəramuş? Nədən ötrü olub biganə səndən? Nəbati.

Həmin söz digər lüğətlərdə:

Azərbaycanca-rusca lüğət (qısa)

MƏCNUN 1. сумасшедший, сумасброд, безумец, помешанный, тронутый; 2. перен. безумный от любви; ətraflı

Azərbaycanca-rusca lüğət

MƏCNUN сущ. 1. устар. сумасшедший, умалишённый 2. влюблённый до безумия; Məcnun olmaq сходить, сойти с ума (от любви); Məcnun etmək kimi сводить, свести с ума кого (от любви), Məcnun kimi (aşiq olmaq) как Меджнун (влюбиться) ətraflı

Author: Obastan; Publisher: Obastan