MƏCRA

is. [ ər. ]
1. Suyun axdığı yataq, yol.
İnqilab daşqın bir çay kimi məcrasından çıxıb bütün Rusiyanı ağzına almışdı. Çəmənzəminli.
Yalnız gur çayların məcrası deyil; Təbiət dəyişir, iqlim dəyişir. O.Sarıvəlli.

2. məc. Bir şeyin, hadisənin və s.-nin inkişafının gedişi, istiqaməti, yolu.
Şairin həyat və fəaliyyəti də bu böyük hissin açdığı məcra ilə irəliyə doğru istiqamət almışdı… Ə.Məmmədxanlı.
[Əlikram] …söhbətin məcrasını özgə səmtə salmağa səy elədi… B.Bayramov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • MƏCRA MƏCRA (suyun axdığı yataq) Sığışmayır bu məcraya; Mənim oynaq ləpələrim (M.Rahim); YATAQ Dağlar nərilti ilə sahilə cumurdular, sanki Xəzər yatağından

Etimologiya

  • MƏCRA Ərəb sözüdür. Ehtimal ki, “proses” mənasına uyğun gələn cərəyan, eləcə də “baş verən əhvalat” mənasını əks etdirən macəra sözü ilə kökdaşdır
MƏCNUNLUQ
MƏCRUH
OBASTAN VİKİ
Çay məcrası
== Çay məcrası == Dərənin normal və aşağı su səviyyələrində su altında qalan hissəsi çay məcrası adlanır . Yamacların başlanğıc nöqtələrinə qaş nöqtəsi, həmin nöqtələrdən keçən düz xəttə isə qaş xətti deyilir.

Digər lüğətlərdə

вспеть короты́шка ма́ссовость моле́кула подга́дывать предше́ствующий разровня́ть резва́ч брак горю́нья ли́тера набира́ние нидерла́ндцы подъём сообща́ться строить, корчить, разыгрывать ду́ру стря́хивать тайм-а́ут устра́иваться potty-chair savagedom tettix вытравить районировать сблизить