Yusif Məddah
Yusif Məddah (az.-əbcəd یوسف مداح) — Azərbaycan şairi. O, "Vərqa və Gülşa" əsəri ilə məşhurdur. Onun həyatı haqqında çox az şey məlumdur, lakin onun XIV əsrin əvvəllərində yaşadığı təxmin edilir. Məddah yaxşı təhsil almış, Azərbaycan, ərəb və fars dillərini mükəmməl bilirdi.
Onun ən məşhur əsəri ərəb xalq nağılı əsasında yazılmış, 1,700-ə yaxın beytdən ibarət və əruz vəznində olan "Vərqa və Gülşa" məsnəvisidir. Məddahın "Vərqa və Gülşa"dan başqa "Hamuşnamə", "Dasitan-ı İblis əleyhüllanə" və "Məktəl-i Hüseyn" kimi əsərləri var.
== Adı ==
O, əsərlərində ən çox Yusif Meddah təxəllüsündən istifadə etmişdir. Buna baxmayaraq, onun digər təxəllüsləri arasında "Yusifi" və "Yusuf-i Məddah" da var.
== Həyatı ==
Yusif Məddahın həyatı haqqında çox az şey məlumdur. Onun doğum tarixi və yeri məlum deyil.