MÖCÜZƏ

is. [ər. möcizə]
1. Dini xurafata və mifik təsəvvürlərə görə, xariqüladə, fövqəltəbii qüvvələrin təsiri ilə baş verən hadisə. [Bəy:] Avam kəndlinin içinə möcüzə xəbəri yayılsa, əkini buraxaraq qopub gələcək.. Çəmənzəminli. [Məşədi Əhməd] cavanlıqda Xorasan ziyarətinə gedərkən orada eşitdiyi bir möcüzədən bəhs edərdi. S.Hüseyn.
2. Qeyri-adiliyi ilə heyrət doğuran, qeyriadi bir şey. Bu, adama lap möcüzə kimi gəlir. – [Səba xanımın] zahiri gözəlliyi təbiətin möcüzələrindən idi. M.S.Ordubadi. ..Əməyin möcüzələr yaratmağa qadir olduğuna inanan, taleyin ağası olan insanların inamı vardır. M.İbrahimov.

Həmin söz digər lüğətlərdə:

Azərbaycanca-rusca lüğət

MÖCÜZƏ I сущ. чудо, диво: 1. по мифическим и религиозным представлениям, явление, возникшее под влиянием сверхъестественных сил. ətraflı

Author: Obastan; Publisher: Obastan