MÖHKƏMLƏTMƏK

f.
1. Möhkəm etmək, davamlı hala salmaq; bərkitmək. Düyünü möhkəmlətmək. Vinti burub möhkəmlətmək. – [Kamran:] Qırılan zəncirləri bir də möhkəmlətmək olmaz. H.Nəzərli.
2. Müdafiə qüvvəsini artırmaq; alınmaz, keçilməz, möhkəm hala gətirmək; bərkitmək. Müdafiəni möhkəmlətmək. Səngərləri möhkəmlətmək.
3. məc. Cismən və ruhən bərkitmək, sağlamlaşdırmaq, qüvvətləndirmək. Vaxtında yemək və istirahət etmək bədəni möhkəmlədən şərtlərdən biridir.
4. məc. Möhkəm etmək, sarsılmaz hala gətirmək; ciddiləşdirmək. İntizamı möhkəmlətmək. – [Rüstəm kişi] briqada və manqaları möhkəmlətdi, uçot işlərini qaydaya saldı. M.İbrahimov.

Həmin söz digər lüğətlərdə:

Azərbaycanca-rusca lüğət (qısa)

MÖHKƏMLƏTMƏK крепить, упрочить, укреплять, закреплять ətraflı

Azərbaycanca-rusca lüğət

MÖHKƏMLƏTMƏK глаг. nəyi 1. крепить: 1) прочно прикреплять, прикрепить, соединять, соединить. ətraflı

Author: Obastan; Publisher: Obastan