MÖHNƏT

is. [ər.]
1. Zəhmət, əziyyət, qayğı, ağırlıq, dərdi-sər. Möhnəti artmaq. – Böyükxanım:] Qulamxan, bundan sonra belini bərk bağla! İndi iki evin möhnəti düşdü sənin belinə. M.S.Ordubadi. _Möhnət çəkmək – əziyyət çəkmək, zəhmət içində olmaq; dərdi-sər çəkmək.
2. Dərd, qəm, qüssə, kədər. Aclıq bir il gedər, möhnət min il. (Ata. sözü). Gərçi, ey dil, yar üçün üz verdi yüz möhnət sana. Füzuli. Düşmüşəm dərdinə, çox möhnətü qayğu çəkirəm; Deyə bilməm sənə, amma elə gizli çəkirəm. M.P.Vaqif. Əfsus, nə şadlıq, nə qəm və möhnət; Açmaz o gözləri dübarə heç vaxt. A.Səhhət. Dedim öz-özümə: – Heç kəs dünyada; Görməsin üzünü möhnətin, qəmin. H.Arif. _ Möhnətə salmaq – qəmə-qüssəyə, kədərə düçar etmək. Zəmanə saldı əcəb möhnətü məlalə məni. X.Natəvan. [Afət:] Baş hərəmlik məni saldı möhnətə; Həsrətəm atəşin bir məhəbbətə. M.Rahim. // Müsibət, bəla, afət. Mən aşıq mənə sarı; Baxgilən mənə sarı; Hər yerdə möhnət olsa; Üz verər mənə sarı. (Bayatı). Rövşən etməz, yüz min günəş bərq edə; Bu möhnətə qarələnmiş könlümü. M.V.Vidadi. Ölkələr fəth edən böyük qeysər; Çoxunu qurtarıb o möhnətdən. A.Şaiq.

Həmin söz digər lüğətlərdə:

Azərbaycanca-rusca lüğət (qısa)

MÖHNƏT 1. мучение, страдание, горе; 2. труд, тягость; 3. беда, несчастье, бедствие; ətraflı

Azərbaycan kişi adlarının izahlı lüğəti

MÖHNƏT əziyyət, zəhmət, qayğı, kədər, qüssə; bəla, müsibət. ətraflı

Azərbaycanca-rusca lüğət

MÖHNƏT сущ. 1. мука, мучение, страдание; горе. Möhnətə qatlaşmaq пережить, перенести муки, möhnətə düşmək терпеть муки, выдерживать, выдержать мучения, перенести горе, möhnətdən qurtarmaq (xilas olmaq) избавиться от мучений, страданий, möhnətə salmaq kimi подвергать мучениям кого, причинять, причинить горе кому, möhnət çəkmək мучиться, страдать, горевать, испытывать душевную боль 2. беда, несчастье, бедствие ətraflı

Azərbaycan dilinin sinonimlər lüğəti

MÖHNƏT zəhmət — əziyyət — qayğı ətraflı
MÖHNƏT işgəncə — iztirab — bəla ətraflı
MÖHNƏT dərd — qəm — qüssə — kədər ətraflı

Author: Obastan; Publisher: Obastan