MÖHTAC

sif.
1. Bir şeyə ehtiyacı olan, bir şeyə hacəti olub onu aradan qaldıra bilməyən. Möhtac adam.
– Dedim: – Yol gəlmişəm, özüm də acam; Doğrusu, bir parça yemə möhtacam. S.Vurğun.

// İs. mənasında. Köməyə, maddi yardıma ehtiyacı olan adam; yoxsul, kasıb, fağır.
…Biz möhtacları da görürük, sizi də. Mir Cəlal.

2. Xəbər şəkilçisi ilə: möhtacdır – ehtiyacı var,
…ehtiyac hiss edir. O, yaxşı bir müəllimə möhtacdır.
– İnsan ömrünün ibtidasından intəhasına qədər möhtacdır təhsiliüluma. Əkinçi”.

◊ Möhtac qalmaq – bax möhtac olmaq.
Möhtac qılmaq – bax möhtac etmək.
Çoxların qılıbsan çörəyə möhtac. Q.Zakir.

Möhtac qoymaq – bax möhtac etmək.
[Kazım:] Ən böyük igidlik külfəti dosta-düşmənə möhtac qoymamaq imiş. Çəmənzəminli.

Möhtac etmək1) ehtiyac içində saxlamaq, ehtiyaclı etmək;
2) asılı etmək, tabe etmək.
Salma gəl dərdə məni; Yar, görsən bir də məni; Namərdə möhtac etmə; Kəs qurban mərdə məni. (Bayatı).
Etməsin Tanrı səni kafərə, yarəb, möhtac! S.Ə.Şirvani.

Möhtac olmaq1) ehtiyac içərisində olmaq, sıxıntı çəkmək;
2) hər hansı bir şey, xüsusən dolanacaq cəhətdən asılı olmaq, tabe olmaq.
[Kəblə Cahangir:] Al bu saatı, verin, qıfılı açsın, namərdə möhtac olmaqdansa bu yaxşıdır. S.Rəhman.
İnamla ucaltdıq anamız yeri; Biz möhtac olmadıq dosta, düşmənə. B.Vahabzadə.

Sinonimlər (yaxın mənalı sözlər)

  • MÖHTAC ehtiyaclı
  • MÖHTAC yoxsul — kasıb

Etimologiya

  • MÖHTAC Ərəbcədir ehtiyac  sözü ilə kökdaşdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
MÖHRƏLİ
MÖHTACLIQ
OBASTAN VİKİ
Annaqılınc Möhtaci
Annaqılınc Möhtaci (1824 (1825) - 1884) — türkmən şairi. == Həyatı == Gerçək adı Annaqılınc, təxəllüsü Möhtaci olan şair 1824-cü ildə Aşqabadın Köşi kəndində dünyaya gəlmişdir. XIX əsrin görkəmli şairlərindən biridir. Xallı Bəxşi ilə eyni kənddən olması və qonşuluğu onun şeirlərinin mahnı kimi xalq içində yayılmasını təmin etmişdir. Möhtaci kənd məktəbini bitirmiş, ənənəvi türkmən mədəniyyətini, xalq dastanlarını dərindən öyrənmişdir. Gəncliyində sevdiyi və qovuşa bilmədiyi Annagülün həsrəti onu saza-sözə bağlamış, şairliyə sövq etmişdir. Annaqılınc Möhtaci bir müddət İranda əsirlikdə qalmış, 1879-81-ci illərdə baş verən Göytəpə faciələrinin şahidi olmuş, 1884-cü ildə Köşi kəndində qızılca xəstəliyindən vəfat etmiştir. Onun çoxlu övladı olmuş, atası kimi şair olan oğlu Molladurdu maarif naziri vəzifəsində işləmişdir. Nəvəsi Murad da şair ol-muşdur. Törəmələri Aşqabadda yaşayırlar.
Möhtaclılar sülaləsi
Möhtaclılar sülaləsi— X əsrdən XI əsrin ortalarına qədar Mavəraünnəhirin Çağaniyan bölgəsində hökm sürən bir xanədan. == Tarixi == Möhtaclının (Al-i Möhtac) etnik kökənlərinə dair dəqiq bilgi yoxdur. Ərəblər Mavəraünnəhirdə ilk göründükləri zaman Çağaniyan bölgəsini Çagān-xudat deyilən bir xanədan idarə etməkdəydi. Bundan hərəkətlə xanədanın Fars əsilli olduğu və xanədana adını verən Möhtac bin Əhmədin Çagān-xudat xanədanının törəmələri arasında yer aldığı söylənə bilir. Bir yandan bölgəni fəth etmək üçün gələn Ərəblərın İran xalqına qarışdığı, Möhtaclının kökəninin bu ərəblərə dayandığı irəli sürülməkdədir. Möhtac bin Əhməd ilə oğlu Müzəffərə dair yetərli bilgi yoxdur. === Əbu Bəkir Məhəmməd ibn Müzəffər bin Möhtac === Qaynaqlarda haqqında bilgi verilən ilk xanədan üzvi Əbu Bəkir Məhəmməd bin Müzəffər b. Möhtac, Samanilərin Sistana hakim olmaq üçün göndərdiyi orduda sərkərdəlik etdi. Bir müddət sonra Samani əmiri II Nəsr tərəfindən Fərqanə valiliyinə təyin edildi, ardından Xorasana göndərildi. Bu sırada Əmir II Nəsrın səltənət davasına qalxışan qardaşı Yəhyanı məğlub etdi və durumu bir məktubla II Nəsrə bildirdi.

Digər lüğətlərdə

бей- лесове́дение наро́дник неподража́емо пова́льно разряженность фитопланкто́нный гидра́влика культива́тор обса́харивать подсе́чка своево́льность самоед cephalopoda Hispanic national holiday nuncio quasi- rampion time clause willow высказывать наставка отступное разлаживать