MÜAYİNƏ

is. [ ər. ]
1. Hərtərəfli yoxlama, nəzərdən keçirmə, baxma.
□ Müayinə etmək (eləmək) – hərtərəfli yoxlamaq, nəzərdən keçirmək, müayinədən keçirmək, ora-burasına baxmaq.
[Polis:] Rüstəm bəy, Mirzə Məhəmməd Əli və Səməd Vahidin mənzilini axtaraq, kitablarını müayinə edək. C.Məmmədquluzadə.
Suflyor lampanın neftini müayinə eləyir. S.Rəhman.

Müayinədən keçirmək – bax müayinə etmək (eləmək).
Bəzən də [Kamil] maşınını saxlayıb müayinədən keçirərdi. S.Vəliyev.

2. tib. Qulaq asmaqla, diqqətlə gözdən keçirməklə bədəni hərtərəfli yoxlama, tədqiq etmə.
Həkim müayinəni qurtarıb o biri otağa keçdi. Mir Cəlal.
Müayinə başlanır; Qızışır həkimlərin; Məşvərəti, söhbəti. B.Vahabzadə.

□ Müayinə olunmaq – həkim tərəfindən hərtərəfli yoxlanılmaq, nəzərdən keçirilmək.
Həmin binalarda yaşayanlar ayda bir dəfə müayinə olunmağa məcburdular. Çəmənzəminli.

Sinonimlər (yaxın mənalı sözlər)

  • MÜAYİNƏ yoxlama — baxma

Etimologiya

  • MÜAYİNƏ Ərəbcə eyn (göz), müəyyən sözləri ilə qohumdur. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
MÜAVİNLİK
MÜBADİLƏ

Digər lüğətlərdə

бестала́нно вы́явиться конфе́кция обиха́живаться переряжа́ть подготови́шка преуменьша́ться шпурово́й або́рт вертуха́й вульгариза́ция пережи́точный радиопереда́тчик трудоёмкость уку́порочный амигдал biochip cat's tail ripen schizo блестящий каюта меркантилизм облечь по-хозяйски