Azərbaycan dilinin izahlı lüğətində NAÇAQ sözün mənası. Толковый словарь азербайджанского языка.

sif. [fars.] b a x nasaz 1-ci mənada. Neçə ildir naçağam. – Qarınqulu yeməkdə qoçaq olar, köməkdə naçaq. (Məsəl). [Tarverdi:] ..Mən iki aydır azarlıyam, üç ildir naçağam! M.F.Axundzadə. Bir gün sağ olursan, yeddi gün naçaq; Övrətlər bağrını üzər, ağlarsan. M.V.Vidadi.
← NACİNSLİK

is. Alçaqlıq, nanəciblik, rəzillik. [Nəcəfalı Qarakişiyə:] Elə nacinsliyin, bax, burda da üzə çıxdı. B.Bayramov.

NAÇAQLAMA →

“Naçaqlamaq”dan f.is.