Azərbaycan dilinin izahlı lüğətində NADAN sözün mənası. Толковый словарь азербайджанского языка.

sif. [fars.]
1. Cahil, avam, biliksiz, geridə qalmış, məlumatsız. Nadan adam. Nadanın biridir. – Ağıllı düşmən nadan dostdan yaxşıdır. (Ata. sözü). Ey nadan mollaların sözünə qulaq asıb, məndən bir neçə günlüyə üz çevirən camaat! C.Məmmədquluzadə. // İs. mənasında. Sənə Vaqif kimi dərd bilən gərək; Layiq görməm hər nadanı mən sənə. M.P.Vaqif. Mən Zakirəm, budur sözüm, söhbətim; Nadan ilə hərgiz olmaz ülfətim. Q.Zakir. Fikrimi verməm əbəs, siz kibi nadanlara; Sövq edəsiz oğlumu bir para hədyanlara. M.Ə.Sabir.
2. Xəbərsiz, bixəbər, qafil. [Həcər:] Özünü tez yetir, ay nadan Nəbi! Tüfəngi havada oynadan Nəbi! “Qaçaq Nəbi”.
3. Öz həddini bilməyən; qaba, kobud, qanmaz. Nadan adam. Nadan (z.) hərəkət etmək.
← NAÇİZ

sif. [fars.] köhn. 1. Heç nəsiz. 2. Heç dərəcəsində olan, lap az. 3. Heç bir əhəmiyyəti olmayan.

NADANLIQ →

is. Cahillik, avamlıq, gerilik, biliksizlik, mədəniyyətsizlik, cəhalət.