Azərbaycan dilinin izahlı lüğətində NADANLIQ sözün mənası. Толковый словарь азербайджанского языка.

is. Cahillik, avamlıq, gerilik, biliksizlik, mədəniyyətsizlik, cəhalət. Görünür, bu da bir siyasətdir, – deyə [Səməd] öz nadanlığından və bu cür nazik mətləbi belə gec düşündüyündən öz-özünə acıqlandı. B.Talıblı. Bu gün bütün yamanlıqlar qolu bağlı; Bu gün bütün nadanlıqlar qolu bağlı. M.Araz.
← NADAN

sif. [fars.] 1. Cahil, avam, biliksiz, geridə qalmış, məlumatsız.

NADÉL →

[rus.] tar. 1917-ci il inqilabından qabaq Rusiyada: kənd icmasında hər bir kəndli ailəsinin istifadəsinə verilmək üçün ayrılan kiçik torpaq hissəsi; kəsik.