Azərbaycan dilinin izahlı lüğətində NADİNC sözün mənası. Толковый словарь азербайджанского языка.

sif.
1. Dəcəl, şuluq, dinc oturmayan. Nadinc qız. – Çünki yazıq Cəmil doğrusu çox nadinc idi. C.Məmmədquluzadə. Nadinc uşaqlar .. bağırışırdılar: – Molla Qasım, qaç, xortdan gəldi. S.S.Axundov.
2. məc. Dinc oturmayan, ona-buna sataşan, araqarışdıran, pozğunluq salan, fitnə törədən; təhrikçi. [Hacı Nuru:] Ümənayi-dövləti təqsirlidən, təqsirsizdən şikayət etmək ilə təngə gətirdin. Axırda nadinc adam qələminə getdin. M.F.Axundzadə. [Təbrizdə] nadinc adamların sayı çoxalır(dı). M.S.Ordubadi.
3. məc. Sakitlik bilməyən, coşqun. Xəzərin nadinc dalğaları .. o tənha buruq ətrafında rəqs edir.. Ə.Məmmədxanlı.
← NADİDƏ

sif. [fars.] köhn. 1. Görünməmiş, misilsiz, bərabəri olmayan.

NADİNCLİK →

is. 1. Dəcəllik, şuluqluq. Nadinclik etmək.