NƏNƏ

is.
1. Atanın, yaxud ananın anası; nəvəsi olan qadın. ..İkramın fikri dəyişir, bütün günahları nənəsində görürdü. Ə.Əbülhəsən.
2. Bəzi yerlərdə anaya deyilir.
3. Yaşlı və hörmətli qadın, yaxud yaşlı qadına hörmətlə müraciət. [Yusif:] Xoş gəlibsən, Pərzad nənə! N.Nərimanov. // Çox qoca qadın haqqında. [Qarı:] Qurban sana qarı nənən; Xeyir xəbər gətirdim mən. S.Vurğun. // Bəzən xitab yerində işlənir. Nənə, buyurun, əyləşin.

Həmin söz digər lüğətlərdə:

Azərbaycanca-rusca lüğət (qısa)

NƏNƏ 1. бабушка; 2. мать; ətraflı

Azərbaycan dilinin dialektoloji lüğəti

NƏNƏ I (Ağdam, Ağcabədi, Ağdərə, Bərdə, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Goranboy, Göyçay, Kəlbəcər, Qazax, Laçın, Lənkəran, Ordubad, Şərur, Tərtər, Tovuz) ana. – Uşağı kim doğdu, uşağ ona nənə deməlidi (Bərdə); – Nənə, ma: çörəx’ ver (Kəlbəcər); – Nənəmnən toya getmişdim (Lənkəran) II (Balakən) bacı. – Nənəm onuncu sinifdə oxuyur ətraflı

Azərbaycanca-rusca lüğət

NƏNƏ сущ. 1. бабушка: 1) мать отца или матери, разг. бабка. Nənəyə baş çəkmək навещать бабушку, nənəni təbrik etmək поздравлять бабушку, nənə olmaq быть, стать бабушкой, nənənin nağılları сказки бабушки, бабушкины сказки 2) обращение к старой женщине, старухе. ətraflı

Author: Obastan; Publisher: Obastan