NİFRƏT

is. [ ər. ]
1. Bir adama, işə, hərəkətə və s.-yə qarşı dərin ikrah, kin, narazılıq hissi.
…Qıza qarşı [Ruhnəvaz xanımın] ürəyində anlaşılmaz bir nifrət əmələ gəldi. Çəmənzəminli.
[Qəhrəman:] Mən [xanımın] hiyləgər və yağlı dilinə qarşı dərin bir nifrət hiss edirdim. H.Nəzərli.

□ Nifrət etmək (bəsləmək) – zəhləsi getmək, iyrənmək, acığı gəlmək, görmək istəməmək, kin bəsləmək.
Etmisən hüsn ilə bu aləmə şöhrət məndən; Yeri vardır edəsən axırı nifrət məndən. S.Ə.Şirvani.
…Vaxtilə Məhsəti xanımlara nifrət bəsləyənlərin nəvələri öz babalarına nifrət bəsləyəcəklər. M.S.Ordubadi.

Nifrət yağdırmaq – acığını, qəzəbini, nifrətini bildirmək, kinli-kinli danışmaq.
Müsafirələrin bir çoxu: – Bu dağılmışda heç vaxt sağlam bir hava görmədik, – deyə Culfa mühitinə nifrət yağdırırdı. M.S.Ordubadi.

2. Sonsuz qəzəb, acıq, kin, lənət bildirən nida məqamında işlənir.
Nifrət! Qan çanağı taclara nifrət! Var olsun azadlıq, bir də məhəbbət! S.Vurğun.

3. Nifrətlə şəklində zərf – nifrət hissi ilə, öz nifrətini bildirməklə, hiddətlə, son dərəcə narazılıqla. Təklifi nifrətlə rədd etdi. Nifrətlə cavab vermək.

Sinonimlər (yaxın mənalı sözlər)

  • NİFRƏT 1. NİFRƏT, İKRAH [Qəndab:] Mən ona Şirinə baxdıqca sanki bu istehza nifrətə çevrilir, əmimdən zara gəlmiş bir adamın ikrahını ifadə edirdi (B
  • NİFRƏT ikrah — kin — ədavət — qərəz

Antonimlər (əks mənalı sözlər)

  • NİFRƏT NİFRƏT – MƏHƏBBƏT Məhəbbət və nifrətdən başqa laqeydlik də var (A.Məmmədov). NİFRƏT – RƏĞBƏT Rəsulovun bu baxışında həm maraq, həm də nifrət oxunurdu
NİFAQ
NİFRƏTAMİZ
OBASTAN VİKİ
Nifrət
Nifrət müəyyən insanlara, əşyalara və ya ideyalara qarşı güclü mənfi emosional reaksiyadır, adətən nəyəsə qarşı müqavimət və ya nifrətlə bağlıdır. Nifrət çox vaxt güclü qəzəb və ikrah hissi ilə əlaqələndirilir. Nifrət bəzən sevginin əksi olaraq görülür. Nifrətlə bağlı bir sıra müxtəlif təriflər və perspektivlər irəli sürülmüşdür. Filosoflar nifrətin mahiyyətini və təbiətini anlamaqla məşğul olmuşlar, bəzi dinlər isə buna müsbət baxır və müəyyən qruplara qarşı nifrəti təşviq edir. Sosial və psixoloji nəzəriyyəçilər nifrəti utilitar mənada başa düşürlər. Bəzi ictimai nifrət nümayişləri bəzən tolerantlığa dəyər verən plüralist mədəniyyətlər kontekstində qanuni olaraq qadağan edilir. Nifrət emosiyaların geniş diapazonunu əhatə edə bilər və mədəni kontekstdən və emosional və ya intellektual reaksiyaya səbəb olan vəziyyətdən asılı olaraq çox fərqli ifadələrə malik ola bilər. Nifrətin baş verdiyi kontekstdən asılı olaraq, müxtəlif cəmiyyətlər ona müsbət, mənfi və ya neytral baxa bilər. == Emosiya == Bir emosiya olaraq nifrət qısamüddətli və ya uzunmüddətli ola bilər.
Qadına qarşı nifrət
Qadın düşmənliyi və ya Mizoginiya (ing. Misogyny) — qadınlara qarşı soyuqluq, antipatiya və ya şişirdilmiş düşmənçilikdir. İngilis dilindəki “misogyny” termini yunanca qadın (gyne) və nifrət (misein) sözlərindən əmələ gəlmişdir. Mizoginiya cinsiyyətçiliklə müqayisə edildikdə, mizoginiya həm kişilərdə, eləcə də bəzi qadınlarda rastlanır. Feminist nəzəriyyədə mizoginiyaya kişilərin qadınları ikinci planda gördükləri irqçilik və ya antisemitizmə oxşar siyasi ideologiya kimi baxılır. Psixi pozğunluğdan yarana biləcəyi kimi, çox vaxt fərdin uşaqlıq təcrübələri, xüsusən də ana və ata ilə əlaqəli təcrübələrindən də bu hal meydana gələ bilər. Həm kişilərdə, həm də qadınlarda görünə bilər. Edip kompleksi dövründə yaşayan uşaqlara valideynlərin göstərdikləri yanlış münasibət, göstərdikləri yanlış davranış belə bir vəziyyətə səbəb ola bilər. Bəzi ataların öz qızlarına qarşı alçaldıcı və təhqiredici davranışları, oğlan uşaqlarını qız uşaqlarından üstün tutması halları belə münasibətə səbəb olan amillərdəndir. Mizoginiya bəzən ifrat səviyyədə inkişaf edib, dünyadakı bütün dişilərə nifrət səviyyəsinə qədər yüksələ bilər.
Qadınlara qarşı nifrət

Digər lüğətlərdə

захлеста́ться кероси́нщик нежило́е окольцо́вываться просека́ть просу́живать схемати́зм квилт лени́вица сориенти́роваться тын шу́стренько acrolect awing housebound Marc mutules quadr- skin search tuck-in винтовальный доставать замечание клемма орлица