NİFRİN

is. [ ər. ] Lənət, bəddua, qarğış.
[Qulu:] Heç hara qaçmaz, arxayın ol və o pulları salamat yeyə bilməyəcək, o qədər ki, nifrin ona olunur. N.Vəzirov.
Orda-burda tutulan toyuqların qaqqıltısı, kəndli arvadlarının qarğış və nifrini kəndlə bir olmuşdu. Çəmənzəminli.

□ Nifrin etmək (yağdırmaq) – lənətləmək, bəddua etmək, qarğışlamaq.
[Hatəmxan ağa:] …Mənə Allah lənət etsin, əgər ona nifrin edib, onu oğulluqdan çıxartmasam. Ə.Haqverdiyev.
[Sənubər] bəlkə də var qüvvəsilə nifrin yağdırmaq, lənətləmək istədi. B.Bayramov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • NİFRİN nifrin bax qarğış
NİFRƏTLİ
NİGAH

Digər lüğətlərdə

вери́тельный неподку́пный неприве́тливость писа́тельница подсини́ться ритмизо́ванный хлю́пкий антидиалекти́ческий затупле́ние покроши́ть расхля́банно сго́нка шу́ринов дрында catechist country rock defamatory depigment immerse Miriam special library timidity tupik type page искрошить